Uşaqlar arasında yayılan virus...
14.02.2023 [10:50]
Valideynlər nələrə diqqət etməlidirlər?
Son zamanlar havaların soyuq olması orqanizmdə bir çox xəstəliklərə, müxtəlif infeksiyalara və kəskin respirator virusların yayılmasına səbəb olub. Xüsusilə azyaşlı uşaqlarda bu hallara daha sıx rastlanır. Onların əksəriyyətində burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bəzi valideynlər belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirmək və yaxud çox yedizdirməklə xəstəlikdən sığortalamış olur. Lakin mütəxəssislər bunun düzgün olmadığını qeyd edirlər.
Azyaşlıları soyuq aylarda infeksiya və viruslardan qorumaq üçün valideynlər nələrə diqqət etməlidirlər?
Sualımızı cavablandıran pediatr Taleh Cəfərov “Yeni Azərbaycan”a bildirib ki, payız fəslindən birdəfəlik soyuq aylara keçərkən uşaqların immuniteti aşağı düşür, asanlıqla virus və bakterial infeksiyaya yoluxurlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar günlərinin çoxunu qapalı mühitdə keçirdiklərinə görə, bu hallar daha da çoxalır. Çünki qapalı mühitlərdə infeksiya və virusların yayılma ehtimalı çox olur.
Koksaki virusu
Həkimin sözlərinə görə, virusların 200-dən artıq növü var. Son zamanlar xüsusən koksaki virusu uşaqlar arasında geniş yayılıb: “Həmin virusun əlamətləri yüksək qızdırma və halsızlıqdır. Bu virusa yoluxmaması üçün sağlam uşaqları xəstə uşaqlarla kontaktdan qorumaq lazımdır. Kəskin infeksion xəstəliklərin xüsusi müalicəsi yoxdur, sadəcə simptomatik müalicə aparılır. Uşaqda ağırlaşmaların olmaması üçün həkim nəzarətində olmalıdır”.
Qidalanmaya məcbur etmək olmaz
Pediatr qeyd edib ki, infeksiyalar zamanı uşağa bol maye verilməlidir: “Burun tıxanıqlığını aradan qaldırmaq üçün dəniz suyu damcıları ilə burunu yuyaraq, açıq tutmaq lazımdır. Həmçinin uşağa bol vitaminli qidalar verilməlidir. İştahsız uşaqları isə qidalanmaya məcbur etmək olmaz. Yaxşı olar ki, valideynlər uşağın öz istəyi ilə yemək istəməsini gözləsinlər”.
Vitaminlərin qəbulu da əsasdır
Həkimin sözlərinə görə, ümumiyyətlə, qış fəsli orqanizm üçün ən çox vitamin tələb olunduğu zamandır. Bu baxımdan uşaqların viruslardan qorunması üçün müəyyən qida əlavəsi kimi vitaminlərin qəbuluna ehtiyac var: “Məsələn, immun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər C, E, B və D vitaminlər qrupudur. Vitamin C soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir. Vitamin E orqanizmi mikroblardan, viruslardan qoruyur. Vitamin B çatışmazlığında immunitet zəifləyir, bu baxımdan immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Eyni zamanda vitamin D immun sistemi üçün vacib hesab olunur. Xüsusilə, C vitamin çatışmazlığı nəinki uşaqların, hətta böyüklərin respirator viruslara daha tez yoluxmasına, xəstəliyi ağır keçirməyə şərait yaradır.
Açıq havada olmaq vacibdir
T.Cəfərov bildirib ki, viruslara yoluxmamaq üçün uşaqlar açıq havada mümkün qədər çox olmalıdırlar. Pəncərələr açılaraq, tez-tez otağın havası dəyişdirilməlidir: “Valideynlər mümkün olduğu qədər, xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər. Onlar evdə saxlanılaraq müalicə edilməlidir. Əgər uşaq xəstə halda bağçaya, məktəbə gedərsə, qoruyucu tənziflərdən, maskalardan istifadə olunmalıdır. İstənilən növ virus infeksiyaları bakterial infeksiya ilə ağırlaşa bilər. Məsələn, üst tənəffüs yolunun infeksiyası varsa, bu, rinitə, pnevmaniyaya, sinusitə və sair keçir. Bəzi viruslar var ki, beyinə təsir edərək, meningit yaranmasına səbəb olar. Mədə-bağırsaq infeksiyaları uşaqlarda ağırlaşaraq, bağırsaq qanamalarına və ishala, susuzlaşmaya gətirib çıxara bilər”.
Özbaşına verilən antibiotik və “sistem”lər
Pediatrın sözlərinə görə, valideyn uşaqda hər hansı virus infeksiyasının əlamətini aşkar etdikdə həkim məsləhəti olmadan gedib antibiotik və yaxud güclü dərmanlar almamalıdır: “Balanslı qidalanma olmalıdır. Uşağın qida rasionunda mümkün qədər zülallar, ət və ət məhsulları, süd və süd məhsulları, meyvə, tərəvəz olmalıdır. Mümkün qədər süni şəkərlər, karbohidratlardan, orqanik olmayan qidalardan uzaq durmaq lazımdır”.
Pediatr uşaqlara “sistem” tətbiqi ilə bağlı məqamlara da toxunub. O, qeyd edib ki, davamlı yüksək temperatur, öskürək son günlər yayılan virusların əsas klinik əlamətidir: “Lakin ağırlaşma və aşağı tənəffüs yollarının fəsadlaşma riski praktik olaraq müşahidə edilmir. Odur ki, diaqnostikada səhvə yol verilməməlidir. Yəni antibiotik və antiviral preparatlardan, xüsusən insanlar arasında “sistem” adlandırılan mürəkkəb tərkibli venadaxili inyeksiyalardan istifadə olunmamalıdır. Əks halda, bu durum immunitetin geridönməz süstlüyü və viral infeksiyaların yaranmasına səbəb ola bilər.
Virusların yayılma səbəbi
Həkim son günlər xüsusilə uşaqlar arasında virusların yayılmasına səbəb olan amilləri sadalayıb. Onun sözlərinə görə, kəskin respirator virusların yayılmasının səbəblərindən biri soyuq hava olsa da, burada başqa məqamların da olmasını nəzərə almaq lazımdır: “Məlumdur ki, bütün ölkələrdə koronavirusa görə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və qoruyucu vasitələrdən istifadənin məcburi olmaması qrip kimi xəstəliklərin kütləvi yayılmasına gətirib çıxarıb. Etiraf edək ki, ciddi karantin tədbirləri zamanı qrip və bu tip virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı. Bu isə öz növbəsində belə viruslara qarşı əvvəllər əldə edilmiş immunitetin də müəyyən qədər zəifləməsinə səbəb olub. Ona görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı uşaqlarla bərabər, böyüklərin də mövsümü infeksiyalara yoluxma halları artıb. İstər-istəməz maskadan istifadə edilməməsi uşaqlar arasında xəstəliklərin də kütləviləşməsinə yol açır”
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

