Virus dövrü bitmək bilmir...
18.02.2023 [11:15]
Dərmanı olmayan “Marburg”
Nicat
Artıq bir neçə ildir ki, bəşəriyyət yüz minlərlə insanın canını alan viruslarla üz-üzədir. Bəzi hallarda dünya səhiyyəsi meydana çıxan xəstəliklərin yeni növlərinin qarşısını almaqda xeyli çətinlik yaşayır. Əfsuslar olsun ki, virusların qarşısını almaq üçün tibbi imkanların araşdırması başa çatmamış mutasiya olunmuş variantlar qapımızı döyür. Bu isə həkimləri daha da çətin duruma salır. Dünyanın dörd bir yanında geniş yayılan, xeyli sayda insan tələfatı ilə nəticələnən koronavirus pandemiyasının təsirlərindən çıxar-çıxmaz “yeni virus tapıldı” başlıqlı informasiyalar insanları, həm də mənəvi-psixoloji cəhətdən çox sarsıdır. Elə “Marburg” kimi... Əfsuslar olsun ki, bir çoxlarından ötrü adı belə yad görünən bu xəstəliyə yoluxma halları artıq aşkarlanıb.
Ebolaya bənzər bir xəstəlik olan “Marburg” bir neçə gün bundan öncə Ekvatorial Qvineyada aşkar edilib. Bu barədə məlumatı özündə əks etdirən material CNN-də dərc olunub. CNN bölgədəki ictimai səhiyyə nümayəndəsi Robert Maturinə istinadən yazır ki, Qonşu Kamerun naməlum ölümcül hemorragik qızdırma xəbərlərindən sonra yoluxmanın qarşısını almaq üçün Ekvatorial Qvineyadan girişi məhdudlaşdırıb. “Fevralın 13-də bizdə iki şübhəli hadisə baş verdi. Bunlar əvvəllər Ekvatorial Qvineyaya səfər etməmiş iki 16 yaşlı uşaq, bir oğlan və bir qızdır”, - deyə Maturin bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxan uşaqlarla təmasda olan 42 nəfər müəyyən edilib, digərlərinin olub-olmaması isə araşdırılır.
Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ekvatorial Qvineyada epidemioloji nəzarəti gücləndirdiyini açıqlamışdı. ÜST-ün məlumatına görə, kiçik mərkəzi Afrika ölkəsi indiyədək qızdırma, yorğunluq, qanlı qusma və ishal kimi simptomlarla doqquz ölüm, həmçinin Marburq virusu xəstəliyindən şübhələnən 16 hadisə barədə məlumat verib.
Xarici mətbuatın yazdığına görə keçən həftə Ekvatorial Qvineyada 200-dən çox insan karantinə alınıb və hemorragik qızdırmanın ilk aşkar edildiyi Qui-Ntem əyalətində hərəkət məhdudlaşdırılıb. ÜST-ün məlumatına görə, “Marburg” virusu yüksək yoluxucu xəstəlikdir və ölüm nisbəti 88%-ə çatır.
Təəssüfləndirici məqam isə bundan ibarətdir ki, bu xəstəliyi müalicə etmək üçün təsdiqlənmiş vaksinlər və ya antiviral dərmanlar hələ ki, yoxdur.
Simptomları
Xəstəlik bədən mayeləri, o cümlədən qan, nəcis, tüpürcək və qusma ilə ötürülür. Erkən simptomlar tez-tez qeyri-müəyyən olur. Adətən 3-9 gün ərzində inkubasiya dövründən sonra qızdırma, baş ağrısı və əzələ ağrısı ilə müşayiət olunur. Beş gündən sonra tez-tez gövdədə kiçik bir papulyar töküntü görünür. Qabaqcıl mərhələlərdə infeksiya pisləşir, simptomlar sarılıq, pankreatit, kilo itkisi, delirium və digər nöropsikiyatrik simptomlar, qanaxma, hipovolemik şok və çoxlu orqan çatışmazlığı ola bilər. Bədən dəliklərindən xarici qanaxma xəbərləri məşhur ədəbiyyatda geniş yayılıb, lakin, əslində bu, nadir hallarda baş verir. Zamanla, əlbəttə ki, simptomlar dəyişir, lakin onlar adətən bir həftədən üç həftəyə qədər davam edir. Halbuki xəstəlik ya müalicəyə tabe olur, ya da daşıyıcını öldürür.
Qeyd edək ki, virusun əsas daşıyıcıları Misir yarasalarıdır. Bunlar böyük koloniyalarda (bir neçə min növə qədər) yaşayan və əsasən dərin, qaranlıq mağaralarda məskunlaşan meyvələrlə qidalanan yarasalardır.
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23

