Buraxılış imtahanlarında
13.04.2023 [11:16]
Hələ ki maksimal nəticə yoxdur...
Yeni imtahan modeli, açıq tipli suallar...
Yeganə BAYRAMOVA
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 5-də, 12-də və aprelin 2-də keçirilən buraxılış imtahanlarında 50 mindən çox şagird 300 bal toplaya bilməyib. Ümumiyyətlə, builki buraxılış imtahanları ilə bağlı narazılıqlar bitmək bilmir. Abituriyentlər və valideynlər yüksək nəticələrin əldə edilməməsini imtahan sualları ilə əlaqələndirirlər. Belə ki, onlar bəzi sualların məktəb proqramına aid olmadığını iddia edirlər.
DİM səslənən iddiaları cavablandırıb. Qurumdan verilən məlumata görə, imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün aprelin 26-dan onlayn apelyasiya prosesi təşkil ediləcək: “12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti 7-10 günə elan olunması nəzərdə tutulur”.
Şikayətlərə gəlincə isə 5 mart imtahanında istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanlarda istifadə etməmək qərara alınıb: “İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə, şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil”.
Qurumdan əlavə edilib ki, bu yaxınlarda son dörd ilin göstəriciləri ictimaiyyətə təqdim olunub: “Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq”.
Fərqli müəlliflərə istinad
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, DİM tərəfindən keçirilən builki imtahanlarda proqramdan kənar suallar olmayıb, sadəcə olaraq, sualların birində yer alan mətnin biri fərqli müəllifin dərsliyinə istinad edilib. Ona görə də abituriyentlərin əsas iradları bununla bağlıdır.
Ekspertin sözlərinə görə, narazılıq yaradan digər məqamlardan biri riyaziyyat fənnindən olan sualların çətinliyi ilə bağlıdır: “Düzdür, suallar proqrama daxil olsa da, bəzi sualların qoyuluşu fərqli müəllifin vəsaitinə istinadən edildiyi üçün abituriyentləri çaşdırıb. Ona görə də bu durum abituriyentlər və valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edim ki, martın 5-də keçirilən imtahanda 50 min 11 nəfər abituriyent içərisindən kimsə maksimal nəticə əldə edib, 300 balı toplaya bilməyib. Cəmi bir nəfər 296 bal toplayıb. Təbii ki, bu da narahatlıq yaradan bir məqamdır. Amma o demək deyil ki, 300 bal toplanılmayıbsa, ümumi göstəricilərin hamısı aşağıdır. Yüksək bal toplayan abituriyentlər də var, lakin aşağı bal toplayanların sayı faiz nisbəti ilə daha üstündür. 12 mart və 2 aprel imtahan nəticələri bəlli deyil. Həmin nəticələrdə də yüksək bal toplayan abituriyentlərin sayının çox olacağını gözləmirik. Bütün bunlar onu deməyə əsas verir ki, imtahanların keçirilməsində sualların formatı və qoyuluşu abituriyentlərin bilik və bacarıqlarının maksimal qiymətləndirilməsi üçün nəzərdə tutulub”.
Yeni imtahan modelinə adaptasiya çətindir
Ekspert qeyd edib ki, buraxılış imtahanları 2019-cu ildən etibarən yeni formatda keçirilir və abituriyentlər hələ də bu imtahan prosesinə adaptasiya ola bilməyiblər: “Ancaq 2019-cu ilə kimi hər il ən azı 6-7 nəfər maksimal nəticə göstərə bilirdi. Son illər isə bunu müşahidə etmirik. Təbii ki, bunların hamısı yeni imtahan modelinə keçiddən sonra oldu. Eyni zamanda, digər vacib məqam budur ki, abituriyentlər açıq tipli suallarla tam işləyə bilmirlər. Bunun üçün onlara bir neçə il lazımdır ki, həmin suallara adaptasiya olsunlar”.
Açıq tipli suallar olmamalıdır
E.Əfəndinin sözlərinə görə, imtahaların keçirilməsində hər hansı bir qeyri-ciddi yaxud da şəffaf olmayan nüans yoxdur: “Lakin obyektivliyin qorunması üçün açıq tipli sualların olmamasını daha məqəsədəuyğun hesab edirəm. Çünki belə suallar həm vaxt aparır, həm də qiymətləndirmədə bal çatışmazlığına səbəb olur. Bu baxımdan açıq sualların olmaması daha məqsədəuyğundur”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

