Dövlətin böyük qayğısı
12.05.2023 [10:21]
Şəhid ailələrinin, qazilərin sosial müdafiəsi diqqət mərkəzində
Nicat Dilqəmli
Ölkəmizdə şəhid ailələri, müharibə iştirakçılarına və bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial siyasət bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməkdədir. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstəriş və tapşırıqları əsasında bu günə qədər müharibə iştirakçılarına, şəhid ailələrinə müxtəlif istiqamətlər üzrə geniş sosial dəstək paketləri təqdim olunub.
44 günlük Vətən müharibəsindən sonra isə dəstək paketi çərçivəsində mənzillər və fərdi evlərlə təminat proqramı 5 dəfə genişlənib. Belə ki, təkcə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4760, bu il 260, ümumilikdə, ötən dövrdə isə 13560 mənzil və fərdi ev verilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial dəstək paketlərinin icrası bu gün də uğurla davam etdirilməkdədir. Ümumiyyətlə, dövlət başçısının tapşırığına əsasən 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlarımıza verilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov iştirak ediblər. Anar Əliyev Ümummilli Liderin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində göstərmiş olduğu mühüm xidmətləri diqqətə çatdırıb. Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına da ulu öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu tədbirlər ildən-ilə uğurla davam etdirilib.
Ölkəmizdə həyata keçirilən sosial siyasət barədə fikirlərini “Yeni Azərbaycan” oxucuları ilə bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qəzetimizə açıqlamasında Ümummilli Liderin 100 illik yubileyi günündə şəhid ailələrinə və qazilərə mənzillərin verilməsini Heydər Əliyevin sosial müdafiəyə ehtiyac olanlara göstərdiyi qayğı və hörmətin məntiqi bir davamı, Azərbaycanın sosial siyasətinin bir tərkib hissəsi kimi dəyərləndirib: “Ümummilli Liderin istər Sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara diqqəti və qayğısı yüksək səviyyədə olmuşdur. Azərbaycanın ən ağır günlərində, ölkənin dağılması və vətəndaş müharibəsi həddində olduğu bir zamanda, dövlət büdcəsinin tamamilə boş olduğu bir vaxtda hakimiyyətə gəldiyi 1993-94-cü illərdə də Ümummilli Lider hər zaman Qarabağ müharibəsi qazilərinə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə həm sosial, həm də siyasi-mənəvi dəstək vermişdir. Onun məcburi köçkünlərin ailələrində olmasını, hətta toy məclislərində iştirak etməsini, şəhid ailələri və qazilər ilə görüşməsinə, onların təminatının yaxşılaşdırılması üçün müvafiq Fərman və Sərəncamlar imzalamasını dəfələrlə müşahidə etmişik. Onu da deyim ki, şəhid və qazi ailələri üçün tikilən 76 mənzilli ilk bina məhz ümummilli lider Heydər Əliyevin göstərişi ilə tikilmişdir. 1998-ci ildə Özü bu binanın açılışında iştirak etmişdir. Həmin mərasimdə Heydər Əliyevin söylədiyi bu fikirlər mənim indiyə kimi yadımdadır. O bildirdi ki, bu, onların gördüyü işin qarşılığında çox kiçik bir işdir, amma Azərbaycan dövləti güclənəcək, qüdrətlənəcək və bütün şəhid ailələri və qazilər imkanları daha geniş olan mənzillərlə təmin olunacaqdır. İlk minik avtomobilləri də məhz müstəqillik illərində Ümummilli Liderin göstərişi ilə verilmişdir”.
Bu prosesin sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilərək davamlı şəkildə həyata keçirildiyini diqqətə çatdıran komitə sədri son illər ərzində həyata keçirilən tədbirlər barədə də məlumat verib: “Cənab Prezident haqlı olaraq qeyd edir ki, bizim sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halı dayanır. İndiyə qədər 13300 şəhid ailəsi və qazi mənzillərlə təmin olunub. Dünən mənzillərin verilməsi ilə bu say 13400-ə qalxdı. 7500-dən çox qazimiz isə tibbi göstərişlərə uyğun olaraq minik avtomobilləri ilə təmin olunmuşdur. Ötən il 1500 şəhid ailəsi və qazi mənzillər və fərdi evlərlə təmin olunmuşdur. Bu il də o qədər sayda şəhid və qazi ailələrimizin mənzillərlə təmin olunması nəzərdə tutulur. Ümumiyyətlə, dövlət başçımızın göstərişlərinə uyğun olaraq 2025-ci ilə qədər bütün şəhid ailələri və qazilər mənzillərlə təmin olunacaqdır”.
Son 5 ilə 21 min şəxsin dövlət vəsaiti hesabına sanator-kurort müalicəsinə cəlb olunduğunu, 12 mindən çox şəxsə müxtəlif maddi yardımların verildiyini qeyd edən M.Quliyev fikirlərinə belə davam edib: “Eyni zamanda, bu kateqoriyaya aid olan vətəndaşlarımızın digər sosial problemləri, psixoloji reabilitasiyası, sosial-tibbi reabilitasiyası, sanator-kurort müalicəsi, protezləşdirilməsi, əlil arabaları, o cümlədən, mühərrikli əlil arabaları ilə təchiz olunması, bərpa müalicələrinin keçirilməsi cənab Prezidentin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı altında yüksək səviyyədə həyata keçirilir. Onların sanator-kurort müalicəsi, eyni zamanda, ölkədən xaricdə müalicəsi də dövlət təminatı hesabına həyata keçirilir. Onların işə düzəlməsi, təhsil alması, digər məişət problemlərinin həlli də Azərbaycan dövlətinin qayğısı altındadır. Digər kateqoriyalardan olan vətəndaşlarımız da bu diqqət və qayğıdan kənarda deyillər”.
Son beş ildə 4 böyük islahatlar paketinin qəbul olunduğunu xatırladan komitə sədri bu siyasətin davam edəcəyini əminliklə vurğulayıb: “Ümumiyyətlə, 2019-cu ildən başlayaraq cənab Prezident ölkədə dərin sosial islahatlara start vermişdir. İndiyə qədər son beş ildə 4 böyük islahatlar zərfi qəbul olunub. Bu zərfin icrasına yönələn cənab Prezidentin 60-a yaxın Fərman və Sərəncamları olmuşdur. Əməkhaqları, pensiyalar, yaşayış minimumu dəfələrlə artırılmışdır. Bu gün Azərbaycan həm orta aylıq əməkhaqqının məbləğinə görə, həm də onun alıcılıq qabiliyyətinə görə MDB məkanında öncül yerlərdən birindədir”.
“Hazırda dövlət başçımızın rəhbərliyi ilə Böyük qayıdış proqramı uğurla həyata keçirilməkdədir. Artıq Qarabağda və Şərqi Zəngəzurda kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bünövrəsi qoyulur, infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkün bacı və qardaşlarımızın öz ata-baba yurdlarına qayıdışı reallaşır. Və bu sırada, şübhəsiz ki, qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı da həmişə ön plandadır”, - deyə M.Quliyev fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

