Gözəllik qurbanları
19.05.2023 [11:30]
Qaş düzəltdiyi yerdə göz çıxaranlar...
Yeganə BAYRAMOVA
Burun, qulaq, göz ətrafı, liposaksiya və.s əməliyyatlar hazırda çox dəbdədir. Estetik prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb. Belə müdaxilələrin bir neçə səbəbi olsa da, bu, əksər hallarda insanların komplekslərindən qaynaqlanır.
İnsanların bir qismi bədbəxt hadisə zamanı xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki qüsurları aradan qaldıraraq özlərinə olan inamı geri qaytarırlar. Lakin elə insanlar da var ki, heç bir ehtiyac olmadığı halda bıçaq altına yatırlar. Ancaq zahiri görkəmindən narazı qalıb qüsurlarını aradan götürtmək istəyənlər bəzən uğursuzluğa düçar olurlar. Necə deyərlər, “qaş düzəltdiyi yerdə göz çıxarırlar”.
Estetik cərrahiyə inanılmaz dərəcədə inkişaf etsə belə, hər zaman təhlükəlidir. Mütəxəssislər dəfələrlə bildiriblər ki, istənilən cərrahiyə əməliyyatının ölüm riski var. Belə ki, xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı varsa, bu da təhlükə yarada bilər.
Bu, hobbi deyil, insan həyatıdır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən estetik cərrah Nüşabə Qədimova bildirib ki, Azərbaycanda 60-70 faiz insan estetik cərrahiyə əməliyyatları, xüsusən də rinoplastika üçün müraciət edir. O, qeyd edib ki, ciddi xəstəliyi olan şəxslərə bu tip cərrahi müdaxilələr məsləhət deyil.
Həkimin sözlərinə görə, bəzi estetik prosedurlar ağ və qaraciyər əməliyyatları kimi ağırdır: “Burun əməliyyatlarının bəzilərinin ölümlə nəticələnməsi həkim səhlənkarlığı səbəbindən baş verir. Çəpər əyriliyi əməliyyatı zamanı baş verən ölüm halları isə burunda əyriliyin kəskin olması və sümüyün çıxarılması zamanı arteriyaların zədələnməsi nəticəsində baş verən qanaxmalar səbəbindən olur. Çəpər əyriliyi ilə bağlı edilən əməliyyatlarda ölüm hallarının olma ehtimalı çoxdur. Bu əməliyyat zamanı xəstə əksər hallarda qanaxmadan ölür. Plastik burun əməliyyatlarında isə çox az hallarda ölüm faktı baş verir. Bəzi həkimlər hətta çəpər əyriliyi zamanı xəstəni plastik əməliyyat olmağa meylləndirir. Onlar xəstələrə lazım olan diqqəti göstərmirlər. Plastik burun əməliyyatları normalda 4 saat çəkməlidir. Lakin bizim həkimlər eyni gündə bir neçə əməliyyata daxil olurlar və 2 saata işlərini tamamlayırlar. Bəziləri özlərini peşəkar hesab edərək bu addımı atırlar, əksəriyəti də çox pul qazanmaq üçün. Normalda həkim bir həftədə ən çoxu 4 burun əməliyyatı icra etməlidir. Bu, hobbi deyil, insan həyatıdır”.
İnsanların hamısı bir-birinə oxşayır
Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, bir insanın gözlə görünən bir qüsuru varsa və bu onun sosiallaşmasında problem yaradırsa, estetik əməliyyat etdirə bilər: “Bəzən travmalardan sonra üzdə izlər qalır. Yaxud elə insanlar var ki, burun çəpəri əyridir, rahat nəfəs ala bilmir. Bu cür hallarda, əlbəttə ki, əməliyyat etmək olar. Belə olduqda həmin insanın özünə inamı da yerinə gəlir. Yəni, əməliyyatın müsbət tərəfləri də var. Amma bu gün Azərbaycanda demək olar hər kəs estetik əməliyyat etdirir.
Teleaparıcılar, müğənnilər, sosial şəbəkələrdə aktiv olan insanlar kütlə qarşısına çıxırlar. Onlar gözəl görünmək üçün estetik əməliyyatlar edə bilərlər. Mənə maraqlıdır ki, adi insanlar, evdar qadınlar niyə estetik əməliyyat etdirirlər? Mən şəhərə çıxanda insanların üzünə baxıb görürəm ki, hamısı bir-birinə oxşayır. Hamısının burunları kəsilib, dodaqlarında və üzlərində nə qədər dolğu və gel var. Gözləri isə çəkikdir.
Bu gün mədə kiçiltmə əməliyyatları da çox icra olunur. Həkimlər bədən kütlə indeksinə baxmadan 80-90 kq insanlara belə mədə kiçiltmə əməliyyatları edirlər. Halbuki bu çəkidə olan insanlar idmanla arıqlaya bilərlər”.
Psixoloq qeyd edib ki, hər estetik əməliyyat etdirən qadının əməliyyatı uğurlu olmur: “Bu cür əməliyyat etdirən hər qadın xoşbəxt olmur. Belə prosedurlardan sonra özlərinə güvəndiyini söyləyən insanlar özlərinə inamsız, iradəsiz, öz nəfslərinə sahib çıxa bilməyən insanlardır. Çünki insan bir çox halda hədsiz qida qəbul etdiyi üçün kökəlir. Kimlərinsə fikri ilə yaşayan və əhatəsində öz zəkası və ağlı ilə yer qazana bilməyən insanlar estetik əməliyyatdan sonra özlərinə inamlı ola bilərlər.
İnsanlar bəzən “Photoshop”la şəkillər paylaşırlar və yaxud fitnes-blogerlər var ki, əməliyyatlar etdirdikdən sonra məşqlərə başlayırlar. İnsanlar onların arıq olduqlarını görürlər və fikirləşirlər ki, mən niyə belə bədənə sahib olmamalıyam? Baxırlar ki, əllərində də bir az pulları var, aparıb həkimə verirlər”.
F.Mehmanqızı estetik əməliyyatlarda psixoloq rəyi olmasının vacibliyindən də danışıb: “Heç bir estetik cərrah icazə verməz ki, estetik əməliyyatlarda psixoloq rəyi olsun, çünki psixoloq rəyindən sonra həmin insan o əməliyyatdan imtina edə bilər. Bəzi həkimlər var, mənə xəstə yönləndiriblər, deyiblər ki, xəstə əməliyyata girəndə qorxub çıxıb. Ona güvən verin ki, əməliyyata razı olsun, qorxmasın, amma demir ki, onun əməliyyata ehtiyacı yoxdur. Bunu heç bir həkim etmir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

