Ümumdünya Əhali Günü
11.07.2023 [11:20]
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmayıb, hər zaman fərqli, son dövrlər isə artan statistika ilə müşahidə edilir. Kapitalizmdən əvvəlki dövrdə isə dünya əhalisinin sayında yavaş artım müşahidə olunub. Bu isə daha çox uzunmüddətli müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqələndirilir. 1900-cü ildə dünya əhalisinin sayı 1,6, 1960-cı ildə 3, 2000-ci ildə 6 milyard nəfər göstərilir. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam edərsə, 2040-cı ildə Yer kürəsində 10 milyard insan yaşayacaq. 2022-ci il noyabr ayının statistikasına görə isə dünya əhalisi 8 milyardı keçib.
Bu gün - 11 iyul 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən Əhali Fondu təsis edilib və dünyada əhali günü kimi tarixə yazılıb. Bu tarixin qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Hər bir dövlətin yürütdüyü siyasətin əsas məqsədlərindən biri də demoqrafik proseslərdə yaranmış mənfi meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət, keyfiyyət artımını təmin etməkdir. Son açıqlamalardan da göründüyü kimi dünya əhalisinin sayı 8 milyard nəfəri ötüb. Və ayrı-ayrı ölkələrin bu sahədə apardıqları siyasət də fərqlidir. Qeyd edək ki, əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb.
Son demoqrafik vəziyyət
BMT-nin Əhali Fondu (UNFPA) yeni hesabatında demoqrafiya sahəsində son vəziyyəti açıqlayıb.
BMT-nin rəsmi saytındakı məlumata görə, Fondun tərtib etdiyi “2023-cü ildə dünya əhalisinin vəziyyəti” hesabatına görə, dünya əhalisi 1999-cu ildə 6 milyard, 2011-ci ildə 7 milyard və 2022-ci ildə 8 milyard nəfərə çatıb. Cari ildə isə bu rəqəm 8 milyardı ötüb. Əhalinin sayına görə, Hindistan birinci yerdədir (1 milyard 600 milyon nəfər). Onun ardından 1 milyard 425 milyon nəfərlə Çin və 340 milyon nəfərlə ABŞ gəlir. Dünyada orta insan ömrü isə kişilərdə 71, qadınlarda 76 yaşdır.
UNFPA-nın hesabatında qeyd edilir ki, dünyada əhali artımı ən çox 8 ölkədə cəmləşəcək. Bunlar, Misir, Konqo Demokratik Respublikası, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniyadır. Bu ölkələrin 2050-ci ildə dünya əhalisinin yarısına malik olacağı gözlənilir. Eyni zamanda, qlobal əhali sayının artması fonunda artım tempi də zəifləmə də müşahidə olunur. Bu templə əhalinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çata bilər.
Hesabatda bildirilir ki, əvvəllər ən böyük əhali sayına malik olan Çində demoqrafik vəziyyət getdikcə pisləşir. Belə ki, 2021-ci ildə bu ölkədə əhalinin sayı 1 milyard 412 milyon olduğu halda, 2022-ci ildə bu göstərici 1 milyard 411 milyon 800 minə düşüb. Ötən il Çinin müasir tarixində doğumların ən az olduğu dövr olub. Bu azalmanın cari ildə də davam edəcəyi gözlənilir. Qarşıdakı illərdə əhalinin sayında ən çox azalmanın isə Bolqarıstan, Litva, Latviya, Serbiya və Ukraynada olacağı proqnozlaşdırılır.
Azərbaycanda...
Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Təbii ki, demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi, ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillər sırasındadır.
Ümumdünya əhali günü 2005-ci ildən başlayaraq Azərbaycanda da qeyd olunur. Ölkəmizdə demoqrafiya, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı təsdiqlənib. Bu Proqram çərçivəsində dövlət başçımızın müvafiq Fərmanına əsasən, Dövlət Miqrasiya Xidməti yaradılıb. 2006-cı il dekabrın 28-də isə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiqlənib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

