Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Meyvələrdən üç meyvə var...

Meyvələrdən üç meyvə var...

13.07.2023 [11:40]

Hansılar daha zəhərlidir?

Yeganə SƏLİM

İnsan orqanizmi üçün ən ağır fəsadlardan biri də zəhərlənmədir. Qışa nisbətən yaz-yay mövsümündə xüsusilə meyvə-tərəvəzlərdən zəhərlənmələrə daha çox rast gəlinir. Ekspertlər hesab edirlər ki, meyvələrin insan orqanizminə mənfi təsiri yalnız istehsal zamanı güclü kimyəvi maddələrdən, pestisitlərdən, nitrat tərkibli gübrələrdən çox istifadə olunduğu halda baş verə bilər. Belə ki, kimyəvi vasitələrdən istifadə edilməsi, həmin bitkilərdən alınan məhsullarda nitratın çox olmasına gətirib çıxarır. Pestisitlər bitki və onun meyvəsinin üzərində bir müddət qalır ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Ona görə də, həmin meyvələrin istifadədən öncə bir müddət suyun altında, ən yaxşısı isə duzlu suyun altında saxlanılmasıdır. Çünki nitrat duza qarşı meyilli olduğundan meyvənin tərkibindən çıxa bilir.

Bəzi meyvələr isə Geni Modifikasiya (GMO) olunub. Düzdür. Dünyanın əksər regionlarında GMO ilə bağlı qadağalar olsa da, satışda görünüşcə gözəl, standart formalı meyvə-tərəvəzə çox rast gəlinir. Bəs bunların təhlükəsinin miqyası hansı dərəcədədir?

Sualımızı cavablandıran infeksionist-həkim Samirə Əliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, meyvələrin yetişdirilməsində gücləndirici kimyəvi maddələrdən istifadə artdıqca, bu maddələr meyvələrdə toplanır. Meyvədə kimyəvi maddənin olub-olmamasını isə xüsusi aparatlar vasitəsilə də müəyyən etmək olur.

Bu meyvələrə qaz vurulur

İnfeksionist-həkim qeyd edib ki, yerli məhsullar, eyni zamanda, xaricdən gətirilən meyvələr mütləq yoxlanılmalıdır: “Meyvə-tərəvəzlərdə bakterioloji zəhərlənmə ola bilməz. Belə ki, meyvələrdə kimyəvi maddələrin qalıq miqdarı artıq olarsa, kimyəvi zəhərlənmə baş verir. Xaricdən gətirilən meyvələrdə bu tip zəhərlənmələrə daha çox  rast gəlinir. Həmin məhsullara saxlama müddətini artırmaq üçün qaz vurulur”.

S.Əliyeva bildirib ki, bir çox meyvənin çəyirdəyində mövcud olan və son dərəcə zəhərli maddə olan “amigdalin” bağırsaqlarda “siyanid”in ortaya çıxmasına şərait yaradır: “Xüsusilə xəstənin nəfəsindəki acı badam qoxusu, alınan qanın analizinin parlaq qırmızı olması, qan şəkərinin yüksəlməsi zəhərlənmə əlaməti sayılır”.

Yaxşıca yuyulmalıdır...

Həkimin sözlərinə görə, bu gün şaftalı, alma və armuda qurd düşməsin deyə, onlara müxtəlif dərmanlar vurulur: “Düzdür, dərman meyvələrin üzərinə vurulur, lakin hansısa formada həmin dərmanların meyvələrin içərisinə daxil olması mümkündür. Bu baxımdan da zəhərlənmə baş verə bilər. Zəhərlənmələr kəskin şəkildə klinik əlamətlərlə də özünü göstərir. Həmçinin az dozalarla yığılıb klinik əlamət verməyən, amma ümumiyyətlə, orqanizmdə problem yaradan zəhərlənmələr də mövcuddur. Araşdırmalar göstərir ki, müxtəlif sintetik maddələrlə, zərərvericilərə qarşı dərmanlarla emal olunan meyvələrdəki maddələr orqanizmə də keçə bilir. Onlar daha çox qaraciyərə neqativ təsir edir.  Bu səbəbdən istənilən meyvə yaxşıca yuyulmalıdır. Bu, vacib şərtdir”.

Ən çox zəhərləyən meyvələr

İnfeksionist vurğulayıb ki, meyvəni alan zaman tam sağlam olmasına, doğrayan zaman isə onun rənginə, yumşalmasına, dadının dəyişməsinə diqqət etmək lazımdır. S.Əliyeva özünə su, maye toplaya bilən meyvələrdə zəhərlənmə hallarına daha çox rast gəlindiyini bildirib: “Daha çox qarpızdan, yemişdən və pomidordan zəhərlənmələr baş verir. Xüsusi olaraq qarpız yeyərkən diqqətli olmaq lazımdır. Onu kəsən zaman yumşalmalar varsa, ağ zolaqlar gözlə görünürsə, yemək məsləhət deyil.

Ümumi olaraq isə ən qorxulu zəhərlənmə botulizmdir. Botulizm bütün qidalarda olur. Belə ki, qida düzgün saxlanmadıqda orada botulizm çöpləri inkişaf edə bilər. Əgər onun çöpləri varsa, qida çox təhlükəlidir. Hətta dərhal ölümə gətirib çıxara bilər”.

Həşaratları öldürən maddədən istifadə edirlər

İnfeksionist əlavə edib ki, hər meyvənin öz vaxtında yeyilməsi daha yaxşıdır: “İndi fəsildən asılı olmayaraq bütün meyvələri həmişə tapmaq olur. Bu meyvələr süni iqlim şəraitində yetişdirilib, onlara müxtəlif qatqılar vurulur, yetişməsi üçün dezinfeksiyaedici, həşəratları, zərərvericiləri öldürən maddələrdən istifadə edirlər. Əlbəttə ki, onların da təsiri güclü olur. Bu da zəhərlənmələrə səbəb ola bilir”.

Zəhərlənmənin ilkin əlamətləri

S.Əliyeva qeyd edib ki, meyvə zəhərlənməsi zamanı mədə nahiyəsində ağrılar, ürək bulanması, fasilələrlə qusmalar, mədə-bağırsaqla bağlı ishal ola bilər. Bunlar qida zəhərlənməsinə aid olan simptom və şikayətlərdir. İnfeksionist zəhərlənmə zamanı insanların ilkin tədbir kimi qatıq içməsinə də aydınlıq gətirib: “Ümumiyyətlə, zəhərlənmə zamanı ilkin addım olaraq, qatıq içmək geridə qalmış məsələdir. Mütəxəssislər qatıq içmənin heç bir praktiki əhəmiyyətini görmür. Nə qida, nə dərman zəhərlənməsində bunun xeyrini müşahidə etməmişik. Zəhərlənən şəxslər qatıqdansa su qəbul edərək həmin yediyini və ya dərmanı boşaltsa daha yaxşı olar”.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31