Ötən 105 il ərzində...
14.07.2023 [10:51]
Azərbaycanda əhali 4.3, Ermənistanda isə 2.5 dəfə artıb
Yeganə BAYRAMOVA
Əhalinin artım tempi mühüm demoqrafik amillər sırasında yer almaqdadır. Demoqrafik artım dövlətin əsas dayaqlarından biri olan insan resursunun təşkil edilməsi baxımından xüsusi önəm daşıyır. İllər ötdükcə dünya əhalisinin ümumi sayında artımın olmasına baxmayaraq, bu artım səviyyəsi ayrı-ayrı ölkələrdə bir-birindən ciddi şəkildə fərqlənir. Adətən, ölkələr çalışırlar ki, onlarda əhalinin artımı dünya əhalisinin, eləcə də qonşu dövlətlərin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni, ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması milli təhlükəsizlik səviyyəsində əhəmiyyətli bir məsələdir. Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur...
Son yüz ildə ölkəmizdə əhalinin təbii artımı yüksələn templə inkişaf edib. Təbii ki, müqayisə nəticəsində bu qənaətə gəlmək olar ki, Azərbaycan digər iki Cənubi Qafqaz respublikasından müsbət mənada fərqlənir. Statistika da deyilənləri təsdiqləyir.
8.081.668-dən 4.617.671 nəfəri Azərbaycanda yaşayırdı
1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində Cənubi Qafqazda üç müstəqil subyekt - Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları təşəkkül tapdı. Olduqca gərgin bir dövrdə yaranan bu müstəqil dövlətlərin əhalisinin sayı ilə bağlı tam dəqiq informasiyalar olmasa da, müəyyən mənbələrdən bunu araşdırmaq mümkündür.
Məsələn, 1918-ci ilin noyabrında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda Cənubi Qafqazın 237.055 km2-lik ərazisində 7.667.370 nəfərin yaşadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3.306.000 (43,1 %) müsəlman, 1.786.000 (23,3 %) erməni, 1.641.000 (21,4 %) gürcü. Həmin sənədə əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2.353.000 nəfər yaşayırdı ki, bu da Cənubi Qafqaz əhalisinin 30,7%-nə bərabər idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi sənədlərə görə isə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Qafqaz (Cənubi) ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi bildirilirdi. Göstərilən sənədlərdə məhz həmin ərazidə müvafiq olaraq Cənubi Qafqazın əhalisi də hesablanmışdı.
Paris Sülh Konfransına təqdim olunmuş sənədlərə əsasən, ümumiyyətlə, Cənubi Qafqazın əhalisi 8.081.668 nəfərdən ibarət idi. Onların 4.617.671 nəfəri (57,1 %) Azərbaycanda yaşayırdı. Azərbaycan əhalisinin 75,4 %-ni (3.481.889 nəfər) azərbaycanlılar, 17,2 %-ni (795.312 nəfər) ermənilər, 0,6 %-ni (26.585 nəfər) gürcülər, 6,7 %-ni (310.885 nəfər) başqa xalqların nümayəndələri təşkil edirdi.
1918-ci ildə yaranmış Gürcüstan Demokratik Respublikasının isə bir sıra mənbələrə görə 107 min kv.km ərazisi, 2.500.000 əhalisi vardı.
Həmin dövrdə Ermənistanın əhalisi isə Batum konfransından sonra 500.000, Mudros müqaviləsindən sonra isə 1.300.000 təşkil edib. Ərazisi isə “Sevr” müqaviləsinə qədər 70.000, “Sevr” müqaviləsindən sonra isə 170.000 kv.km təşkil edirdi. 1918-ci ilin mayına olan məlumata görə, Ermənistanda 1 milyon 114 min 698 nəfər yaşayıb. Onların etnik say tərkibi isə belədir: 669.871 erməni, 365.841 tatar (müasir azərbaycanlı), 36.508 kürd, 21.854 rus, gürcü, yunanlar, qaraçılar, 12.624 yezidi, 8000 türk. Təbii ki, bu rəqəmlər də müəyyən mənada ermənilərin xeyrinə təhrif olunub. Hətta bu rəqəmlərdən də görmək olar ki, həmin dövrdə Ermənistanda yaşayan ermənilərin sayı olduqca aşağı idi.
Burada da fərq açıq-aydın özünü göstərir. Azərbaycan həmin dövrdə də regionun ən çox əhalisi olan ölkəsi sayılıb. 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (86,6 min 2) əhalisi isə 1.952.000 nəfər idi. Bu fakt əsas götürülərsə, həmin dövrdə keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisində təxminən 2.189.250 nəfər əhali yaşayırdı. Bu rəqəm 1916-cı ilin əvvəlinə olan vəziyyətlə müqayisə edildikdə aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində onun mübahisəsiz ərazisində yaşayan əhali 700 min nəfərədək azalmışdı. I Dünya müharibəsi (1914-1918) dövründə və sonradan ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarının nəticələri buna yol açmışdı.
Azərbaycanda 10.148.057, Ermənistanda 2.963.000 nəfər
Müasir dövrdə də əhalinin sayında təbii artım fərqi özünü bariz şəkildə biruzə verir. Belə ki, ötən 105 ildə Azərbaycan əhalisinin artımı göz önündədir. Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, əhalinin sayı 2023-cü il iyun ayının 1-də 10148,057 nəfər təşkil edib. Komitənin məlumatına görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Statistik göstəricilərə əsasən, Ermənistanda may ayında əhalinin sayı 2.963.000 nəfər olaraq qeyd olunub. 1918-ci ildə Azərbaycanda əhalinin sayı 2.353.00 nəfər, Ermənistanda isə 1.114.698 nəfər olub. Beləliklə, ötən 105 il ərzində ölkəmizdə əhali sayı 7.8 milyon olmaqla, 4.3 dəfə, Ermənistanda isə 1.7 milyon olmaqla, 2.5 dəfə artıb.
Ermənistan əhalisi 2050-ci ilədək...
Sosioloq-alim Əhməd Qəşəmoğlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafik problem artaraq gərgin mərhələyə qədəm qoymaqdadır. Onun sözlərinə görə, ölkə əhalisinin böyük hissəsinin sabah yaxşı yaşayacağına ümidləri, demək olar ki, yoxdur: “Onlar fikirləşirlər ki, nə qədər erməni diasporunun ianələri hesabına yaşamaq olar? Ölkədəki sosial vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstərən başlıca amildir. Erməni ailələri bir və ya iki uşağın dünyaya gəlməsinə üstünlük verirlər. Çünki çoxuşaqlı ailələrdə daha artıq dolanışıq xərcləri tələb olunur.
BMT-nin hesablamalarına görə, Ermənistanda demoqrafik situasiyanın daha da pisləşməsinin müxtəlif səbəbləri var ki, onların arasında 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri xüsusi yer tutur. Belə ki, 2050-ci ilədək Ermənistan əhalisi 300 min nəfər azalacaq.
Azərbaycana gəldikdə, ölkəmizin nümunəsində iqtisadi inkişafın əhali artımını stimullaşdırmasının şahidi oluruq. Bildiyimiz kimi, əhalinin sayının artması əmək qabiliyyətli insanların da çoxalması deməkdir. Bu gün ölkəmizdə təbii artım səviyyəsi müsbət dinamika ilə inkişaf edir. Bununla yanaşı, işsizliyin və yoxsulluğun səviyyəsi olduqca aşağıdır. Bu, göstəricilər ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün lazım olan əmək potensialı mövcuddur. Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın rifahının yüksəldilməsinə hesablanıb. Bütün bunların nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının mütləq çoxluğunu təşkil etməkdədir”.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

