Çimərliklərin “qiyməti” ...
14.07.2023 [11:00]
Dənizdə istirahət etmək istəyənlər bilməlidir ki...
Yeganə BAYRAMOVA
Havaların isti keçməsi çimərliklərə axını da gücləndirib. İsti havalarda sərinləmək üçün çimərliklərə üz tutanda isə məlum olur ki paytaxt və ətraf ərazilərdə yerləşən çimərliklərdə istirahət ucuz başa gəlmir. Ümumiyyətlə, hər il çimərlik mövsümü açıq elan olunandan sonra paytaxt sakinlərinin çimərliklərə giriş-çıxış problemi müzakirə mövzusuna çevrilir. Əsas problem isə Bakı və Abşeron yarımadasındakı əksər çimərliklərə girişin “pullu” olması ilə bağlıdır. Giriş pulu təbii ki, ilkin mərhələdir. Sonrakı mərhələlərdə qiymətlər daha da yüksəlməyə başlayır. Çimərliklərdə təklif olunan müxtəlif xidmətlərin qiymətlərini də bu siyahıya əlavə etsək, ortaya müəyyən məbləğ çıxır.
“Əl yandıran” qiymətlər
Çimərliklərə giriş 1 manatdan 20 manatadək dəyişir. Dənizə girişin pullu olmasından başqa, burada əylənmək və dincəlmək istəyənlər digər xidmətlərə görə də pul ödəməlidir. Günəş şüasından qorunmaq üçün çətir 5 manata, 4 nəfərlik stol və stulu 10 manata icarəyə götürmək olar. Çimərliklərdə 200 qramlıq dondurma 2 manata, şəhərdə 40 qəpiyə satılan su isə 80 qəpik, bir manat arasında dəyişir. Çimərlikdə çay dəstgahı 10 manata təklif edilir. Bişmiş qarğıdalının bir dənəsi 1 manat 50 qəpiyə, şəhər mağazalarında 40 qəpiyə satılan günəbaxan tumlarını 1 manata, 80 qəpiklik siqareti 1 manat 30 qəpiyə almaq mümkündür. Dəniz motosikleti ilə səyahət isə müddətindən asılı olaraq 5 manatdan başlayır.
“Qaynar xətt” xidməti yaradılmalıdır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, çimərliklərə girişin pullu olması vətəndaşların istirahət hüququnun pozulması kimi dəyərləndirilsə də, bununla bağlı ayrıca qanun layihəsinin qəbuluna ehtiyac yoxdur. Onun sözlərinə görə, əgər aidiyyəti qurumlar mövcud qaydaların əməl olunmasına ciddi şəkildə nəzarət edərlərsə, o zaman insanların Xəzər sahillərində istirahət etməsi üçün hansısa problem yaranmaz: “Məlumdur ki, bir çox çimərliklərə giriş pullu olduğundan insanlar normal dincələ bilmirlər. Amma hesab edirəm ki, bununla bağlı hansısa qanunvericilik bazasının yaradılmasına ehtiyac yoxdur. Sadəcə olaraq, aidiyyəti qurumlar mövcud qaydalara nəzarət etmək məqsədilə yay aylarında gücləndirilmiş iş rejimində çalışmalıdırlar. Eyni zamanda, bununla bağlı qaynar xətt xidməti yaradılmalıdır ki, vətəndaşlar çimərliklərdə üzləşdikləri neqativ halları müvafiq orqanlara çatdıra bilsinlər. Düşünürəm ki, bu halda hansısa qanun layihəsinin hazırlanmasına ehtiyac qalmayacaq”.
Xidmətdən istifadə edilmirsə...
Hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, Azərbaycanda pulsuz çimərliyin az olması yaxşı hal deyil. O, qeyd edib ki, müşahidələr vətəndaşların dəniz kənarında istirahətə ildən-ilə daha az meyl göstərdiyini deməyə əsas verir: “20-25 il bundan əvvəl Bakı sakinləri və qonaqların sərbəst şəkildə daxil olduğu çimərliklərin əksəriyyətinə hazırda giriş pulludur. Dənizin sahili hasarlanır. İlk növbədə bunun qarşısı alınmalıdır. O zaman insanların dəniz kənarında istirahət etməsi üçün heç bir problem qalmayacaq”.
Hüquqşünasın sözlərinə görə, qanunvericiliyə əsasən, Abşeron və Bakıda bütün çimərliklər pulsuzdur və heç kəsin çimərlikdən istifadə etmək üçün vətəndaşlardan pul istəməyə ixtiyarı yoxdur: “Sahil zolağını zəbt edərək pullu giriş tətbiq etməyə heç kimin ixtiyarı yoxdur. Hər kəs bilməlidir ki, Bakı və Bakı ətrafı bütün çimərliklər pulsuzdur. Pul yalnız duşxana və digər xidmətlərdən istifadəyə görə alına bilər. Kimdənsə pul tələb olunarsa, həmin şəxs müvafiq dövlət orqanlarına müraciət etməlidir. Çünki dəniz hər hansı bir şəxsin səlahiyyətinə yox, bütün Azərbaycan xalqına verilən nemətdir”.
N.Məmmədov onu da vurğulayıb ik, bütün çimərliklərin tam pulsuz istifadə olunması haqda Bakı şəhər İcra Hakimiyyətinin 179 saylı qərarı var. Əgər orada ləzavimatlardan istifadə olunursa, o başqa məsələ. Amma çimərliyə giriş və çıxış, maşınları yaxınlıqda saxlamaq pulsuz olmalıdır...
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

