İstifadə olunmuş batareyaları zibilə atmayın!
17.08.2023 [13:36]
M.BAYRAMLI
Müasir dünyanın ən aktual və mühüm məsələlərindən biri də elektrik batareyaları kimi təhlükəli məişət tullantılarının düzgün utilizasiya olunmamasıdır. Batareyaların tərkibindəki ağır metallar, duzlar, civə və digər zəhərli komponentlər ətraf mühitə və insan sağlamlığına ən azı 10 il potensial təhlükə yaradır. Bu məqsədlə də, Avropada elektrik batareyalarının utilizasiyasına 2000-ci ilin əvvəlindən başlanılıb. AB ölkələri arasında istifadə olunan batareyaların toplanma nisbəti üzrə ən yaxşı göstərici (90 faiz) Almaniyadadır. Ölkədə, hətta, zibil qutusuna atılan batareyalar üçün böyük məbləğdə cərimə nəzərdə tutulur. Ölkəmizdə də insan sağlamlığına zərər verən, ətraf mühitə zərərli təsir göstərən istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi üçün fəaliyyətlər davam etdirilir. Azərbaycanda ilk dəfə İDEA İctimai Birliyi işlənmiş batareya tullantılarının utilizasiyası məsələsini gündəmə gətirib və onların Bakı şəhəri üzrə təhsil müəssisələrindən toplanaraq, mütəmadi olaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinə (TİEM) təhvil verilməsini təklif edib. Nəticədə işlənmiş elektrik batareyası tullantılarının toplanması üçün nəzərdə tutulan xüsusi qutular ali və orta təhsil müəssisələrinə yerləşdirilib və onların toplanmasına başlanılıb. Zamanla işlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılıb. Toplama qutuları müxtəlif dövlət qurumlarında, marketlərdə, bir çox şirkətlərdə yerləşdirilib.
Eləcə də Sumqayıt Kimya Sənaye Parkı”nda istifadə müddəti bitmiş batareyaların və akkumulyatorların utilizasiyası və yeni qurğuşun-turşulu akkumulyatorların istehsalı sahələrinin inkişaf etdirilməsi qərara alınıb.
Ölkəmizdə cari ildə 472 kq batareya toplanılıb
Öz növbəsində, 1 may 2022-ci il tarixindən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi də həyata keçirilir. Cari ildə 472 kq batareya toplanılıb.
Hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.
Bu prosesə töhfə verən bütün tərəfdaş və vətəndaşlara təşəkkür edir, hər kəsi təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

