Odla “oynayan” qəhrəmanlar
10.10.2023 [14:40]
10 oktyabr yanğınsöndürənlərin peşə bayramıdır
Günel ABBAS
Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il oktyabr ayının 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə yanğın təhlükəsizliyi orqanlarının inkişafını diqqətdə saxlayıb, bu sahədəki problemlər öz həllini tapıb. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən ?mummilli ?iderimizin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülüb.
1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşmış, təminat və təchizat məsələləri öz həllini tapıb.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanmış, nazirliyin maddi-texniki bazası gücləndirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi nazirliyin tabeliyinə verilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş nazirliyin strukturunda isə həmin idarə yenidən təşkil edilib və Dövlət Yanğından Mühafızə Xidməti yaradılıb.
Bu gün Dövlət Yanğından Mühafizə Xidməti və onun yerli qurumlarının müasir tələblər səviyəsində qurulmasının, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının nəticəsidir ki, respublika əhalisinin təhlükəsizliyi təmin olunur. Son illərdə yanğın təhlükəsizliyi orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müasir yanğınsöndürmə avtomobilləri, xüsusi geyimlər, radiostansiyalar və digər xidməti avadanlıqlar alınıb, struktur qurumlarla videokonfrans əlaqəsini yaratmaq üçün avadanlıqlar quraşdırılıb, mərkəzləşdirilən rabitə sistemi istifadəyə verilib.
Yanğın təhlükəsizliyi orqanlarında peşə hazırlığının artırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması, həmçinin ixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Müasir texnologiyaların tətbiqi iş prosesinin təkmilləşdirilməsinə, baş verən yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

