Uşaqlarınıza yol hərəkəti qaydalarını öyrədin!
11.10.2023 [16:12]
M.BAYRAMLI
Sumqayıtda “Diqqət, uşaqlar!” devizi ilə hərəkətin təhlükəsizliyi aylığı davam edir. Növbəti maarifləndirici tədbir 31 nömrəli tam orta məktəbdə baş tutub. Valideynlər, təhsil işçiləri və media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqları yoxlanılıb, eləcə də mövzuya dair hazırladıqları viktorina və səhnəciklər izlənilib.
Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat-təşviqat, maarifləndirmə tədbirləri hər il təşkil olunur. Tədris prosesində aşağı siniflərdən 9-cu sinifə qədər demək olar ki, hər sinifdə bu barədə dərslər keçirilir. Yol mədəniyyəti haqqında şagirdlərə müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti qaydaları öyrədilir. Maarifləndirici video çarxlar, qısametrajlı filmlər vasitəsi ilə məlumatlar çatdırılır.
Bundan başqa, ekskursiyalar təşkil olunur, əsasən nəqliyyatın seyrək olduğu ərazilərdə baş tutur. Məktəblilərə piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları izah edilir. Şagirdlər kitabda öyrəndiklərini, eləcə də müəllimin söylədiklərini əyani formada görüb tətbiq edirlər.
Mütəxəssislərin sözlərinə görə, yol hərəkəti qaydaları və təhlükəsiz həyat üçün düzgün davranış vərdişləri erkən yaşlardan formalaşdırılmalıdır. Bu vərdişlərin uşaq və yeniyetmələrə aşılanmasında müəllimlər qədər, valideynlər də vacib rol oynayırlar. Elə isə əziz valideynlər, uşağınızı küçədə ayıq və diqqətli olmağa öyrədin. Onlara küçələrdə səki ilə getməyi, səkinin isə sağ tərəfi ilə hərəkət etməyi, küçəni keçərkən tələsməməyi söyləyin. Yolu yalnız xüsusi ayrılmış yerlərdən - "zebra"dan keçməyi öyrədin. Xüsusilə də, keçiddə işıqfor varsa, "yaşıl - get, qırmızı - dayan" keçmə qaydalarına əməl etmələrini bildirin!
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

