Fırtınalarla mübarizə aparan NEFTÇİ...
26.10.2023 [11:40]
Qurban Abbasovun doğum günüdür
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan neftçisi, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun doğum günüdür. Xalq arasında Neftçi Qurban adı ilə məşhur olan Q.Abbasov 1926-cı ildə Naxçıvanın Babək rayonunun Payız kəndində anadan olub. O, əmək fəaliyyətinə 1944-cü ildə “Artyomneft” trestində fəhlə kimi başlayıb. Q.Abbasov sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.
Q.Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biri idi. Şelf-1 tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olub. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilib, Kaveroçkin adına yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaradıb.
Neftçilər arasında qəhrəmanlıq rəmzi...
Neftçi Qurban cəsarətli insan kimi dənizlə mübarizədə öz daxili “mən”ini qoruya bilib, neçə-neçə fırtınalar, qəzalar, uçqunlar görmüşdü. O, rəhbər işçi kimi də ən qorxulu vaxtda, hətta dəqiqələrin, saniyələrin çox şeyi həll etdiyi anlarda özünü itirməz, təmkinini pozmaz, kollektivə arxalanar və qalib gələrdi. Bax, budur xarakter... Dəniz də öz qədrini bilir, hər adama ram olmur, yalnız güclülərin qarşısında baş əyir, təslim olur. Onun haqqında danışılan əfsanələrdən biri də o idi ki, Q.Abbasov Neft Daşlarında buruq ustası işləyən zaman soyuq payız günlərindən birində dənizə düşmüş çox qiymətli qazma baltasını çıxarmaq üçün heç kəsə imkan vermədən, özü dənizə atılaraq həmin baltanı çıxartdı və iş davam etdi. Sonralar bu hadisə neftçilər arasında bir qəhrəmanlıq rəmzi kimi danışılardı.
Sabahı düşünərək...
Respublikamızda yaşayan çoxmillətli insanlar arasında qardaşlıq, dostluq və qarşılıqlı ünsiyyət yaradılmasında o, həmişə yaxından iştirak etmişdir. Qurban Abasovun böyük səyi nəticəsində Bakı şəhərində üç ədəd 9 mərtəbəli kooperativ bina alınaraq, Neft Daşlan əməkçilərinə paylandı. Bu nəhəng işləri iki il yanmda ancaq əfsanəvi insan-Neftçi Qurban görə bilərdi. Gördü də. O, sabahı düşünənlərdən idi. Hər kəsi inandırırdı ki, Neft Daşları xalqımıza çox lazımdır, hər cəhətdən onun ömrünü uzatmalıyıq: həm texniki, həm də sosial, intellektual, mədəni, mənəvi-etik və s. baxımdan onu qorumalıyıq. Məlumdur ki, Neft Daşlarında tikilən bəzi obyektlər dənizin fiziki, kimyəvi və küləyin təsiri nəzərə alınaraq, layihəyə görə 25-30 ilə hesablanır, sonra isə istismara yaramadığından istehsalatdan silinir.
“Günəşli” yatağının işlənməsi...
Qurban Abasovun neft sənayesindeki ən böyük, şərəfli, tarixi xidmətlərindən biri də məşhur “Günəşli” yatağının kəşfiyyatının, abadlaşmasının, işlənməsinin təşkilidir. O, bu yatağın mənimsənilməsinin bütün mərhələlərində işlərə bilavasitə rəhbərlik edib. Neftçi Qurban yatağın abadlaşdırılması zamanı Xəzərdə ilk dəfə istifadə olunmuş bütün elmi-texniki təkliflərin tətbiqi üçün bütün məsuliyyəti öz üzərinə götürürdü: monoblok tipli dayaq bloklarının inşası, onların üzmə üsulu ilə böyük su tutumlu barjda nəqli, üst tikililərin sənaye üsulu ilə sahildə hazırlanması; “Günəşli” yatağında inşa olunmuş 14 dəniz stasionar platformasından on biri Neftçi Qurbanın bilavasitə rəhbərliyi ilə inşa olunub.
Qurban Abbasov hələ sağlığında özünə neftçilərin, onu yaxından tanıyanların qəlbində mənəvi abidə ucaltmış və iftixar hissi ilə ürəklərə köçmüşdü. O, nəinki zirvələrə ucalmaq, həm də bu zirvədə dayanmaq nümunəsini məharətlə göstərə bilmişdi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

