Əyləncə, bayağı musiqi, yoxsa tələbat...
31.10.2023 [10:40]
Bir problemə fərqli baxış
Günel ABBAS
Televiziya məkanındakı verilişlər, onların formatı və bu proqramların tamaşaçıya təlqin etdiyi informasiya mütəmadi şəkildə müxtəlif platformalarda müzakirə olunmaqdadır. Bu yerdə kiçik bir məqamı diqqətə çatdırmaq yerinə düşər. İllər əvvəl Rəsul Rzanın Moskvada televiziya ilə bağlı bir məqaləsi dərc olunmuşdu. Bu məqalədə Rəsul Rza yazırdı ki, mənə elə gəlir ki, televiziya verilişlərinin vəzifəsi zövqü axsayan kütlənin arxasınca getmək yox, onun bu zövqünü tədricən müalicə edib qaldırmaqdan ibarətdir...
Doğrudan da belədir - bəzən efirin “doldurulmasına xidmət edən” əyləncəli proqramlara baxanda düşünürsən ki, bu verilişlər insanları hara aparır? Mütəxəssislər hər zaman deyir ki, bir verilişi hazırlamaq məsuliyyət tələb edir - bu gün isə efiri doldurmaq xatirinə hansı bayağı üsullardan istifadə edilmir...
Bu xüsusda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda ifadə etdiyi fikirlər lap yerinə düşdü. Fərhad müəllim çıxışında vurğulayıb ki, proqramların 90 faizinin əyləncə motivli olması xoşagələn deyil: “Heç olmasa, bunların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə baxanda adam utanır. Biz bu sözləri ifadə etməkdən çəkinməməliyik, özümüzü tənqid etməkdən utanmamalıyıq”.
Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bütövlükdə bu məsələdə televiziyaların qınanılması doğru deyil: “Televiziya təhsil müəssisəsi yaxud, insanları tərbiyələndirmək üçün nəzərdə tutulmuş quruluş deyil. Bu, biznes quruluşudur və biznes quruluşu da cəmiyyətin düşüncə tərzinə uyğun olaraq verilişlər hazırlamalıdır. Bu məqam bütün dünya ölkələrində belədir. Yəni televiziyalarda əyləncə xarakterli, vaxt öldürmək istəyən insanların zövqünə uyğun da verilişlər qururlar. Ümumiyyətlə, intellektual fəaliyyətlə məşğul olan insanlar televiziyadan nəyisə öyrənmək istəyirlərsə, bəlgəsəl proqramları izləyirlər. Hansısa bir diskussiya, elmi debatlara diqqət yetirirlər. Amma hesab edirəm ki, belə bir məsələ üzərində müzakirə aparmaq, televiziyanı birbaşa ittiham etmək çətindir.
Fərhad müəllim peşəkar bir musiqiçi, dəyərli bir sənət adamı kimi televiziyada səsləndirilən musiqilərin müəyyən dərəcədə keyfiyyətsiz və zövqü korlayan mahiyyətli olmasını sezə bilib və onu dilə gətirib. Bütövlükdə bizim toylarımızda bayağı musiqi ənənəsi var, yəni insanlar bunu istəyirlər. Məsələn, fonoqramla oxuyan müğənninin mənasız repertuarına heyran olaraq, bunu qəbul edərək toy keçirirlərsə, deməli onların başqa bir tələbi yoxdur. Ola bilsin, bir-iki nəfər başqa cür, daha səviyyəli bir musiqi mühitinin olmasını istəyir. Amma böyük əksəriyyət bunu tələb etmirsə, heç nə etmək olmaz.
Ona görə də televiziyalar əhalinin zövqünə uyğun davranırlar. Bu baxımdan özəl kanallara indi nəyisə diktə eləmək olmaz. Amma dövlət kanalları bu məsələdə istisna təşkil edir. Bu kanalların kifayət qədər yaxşı verilişləri olduğunu söyləməliyik. Məsələn, bu istiqamətdə Azərbaycan Dövlət Televiziyasının çox dəyərli verilişləri var. Orada çox ciddi islahatlar aparılıb. Hesab edirəm ki, Mədəniyyət kanalı da kifayət qədər zəngin, çoxşaxəli verilişlər sistemini qura bilib və bunu uğurlu şəkildə təqdim edir. Eyni zamanda İctimai TV-nin də bir neçə verilişi bilgilənmə baxımından çox faydalıdır. Yəni mütləq mənada telekanalların hamısının zövqsüz verilişlər nümayiş etdirdiyini söyləmək bir az doğru olmaz. Sənət adamları təbii ki, buna öz iradlarını bildirməlidirlər. Çünki onların sənət zövqü bizimkindən daha yüksəkdir. Amma bunlarla yanaşı cəmiyyətin də televiziyaları necə pressinqdə saxladığını unutmaq olmaz”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

