Könül işi...
05.12.2023 [11:15]
Əməksevərlik və insansevərliyin dəyəri!
Beynəlxalq Könüllülər Günüdür
Yeganə BAYRAMOVA
Müasir dövrümüzdə ictimai təşkilatlarda, həmçinin gündəlik həyatımızda könüllülük anlayışına tez-tez rast gəlirik. 20-ci əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Dünya tarixində müasir anlamda könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. 1881-ci ildə isə ABŞ-də vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu.
Könüllülük nədir?
Könüllülük insanların heç bir mənafe güdməyərək məlumat, bacarıq, zaman və hansısa bir sahədə təcrübələrini öz istəkləri ilə ictimai təşəbbüs və yaxud ictimai təşkilatın məqsədi üçün istifadə etmələridir.
Xarici ölkələrdə olduğu kimi ölkəmizdə də könüllülük Qeyri Hökümət Təşkilatlarının (QHT) mövcudluğunun təməl ünsürlərindəndir. Könüllülərlə çalışmaq qrumun daha geniş fəaliyyət göstərə bilməsi və geniş əlaqələr qura bilməsi baxımından çox önəmlidir. Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
Könüllülük psixologiyası...
Ölkəmizdə daha çox könüllülük əsasında çalışan insanlara QHT-lərdə rast gəlmək mümkündür. Çünki bu cür təşkilatların iş prinsipi könüllü olaraq, hər hansı maddi mənafe güdməyərək vətəndaş cəmiyyətinin inkişafına dəstək verməkdir. Zamanını, əməyini və bacarığını hər hansı bir layihədə sərf edən insanlar daha çox yardım etmək və başqaları üçün faydalı olmaq üçün könüllü çalışdıqlarını qeyd edirlər. Ancaq bununla yanaşı bir sıra başqa istəklər də var ki, insanları könüllü olmağa sövq edir. Könüllülük psixologiyasını başa düşmək könüllülərin çalışdığı qurumlarda iş prosesinin daha da effektivliyinə təsir göstərə bilər. Könüllülərin əməyindən istifadə edən hər bir qurumun könüllülük psixologiyasını yaxşı bilməyi vacibdir.
İnsanlar nə üçün könüllü olurlar?
İnsanlar hər hansı bir qurumda və yaxud müəyyən təşəbbüslərdə uzunmüddətli və qısa zaman kəsiyində könüllü olaraq çalışırlar. Bu insanların şəxsi istəyindən və eləcə də boş vaxtından asılıdır. İnsan psixologiyasından asılı olaraq cavab axtaracağımız sualın cavablarına da müxtəlif aspektdən yanaşmaq olar. İnsanların könüllülük psixologiyasına, yəni nə üçün könüllü olaraq çalışdıqlarına diqqət yetirək:
-İnsanlar yaşadığı sosial çevrələrində önəmli və tanınmış biri olmaq istəyir;
-Könüllü olaraq çalışaraq özlərinə sosial bir əhatə qazanaraq tənhalıqdan və yaxud məyusluqdan özlərini qurtarmaq istəyirlər;
-İnandığı hər hansı bir işə dəstək olmaq istəyirlər;
-Könüllü olaraq çalışmaqla müəyyən təcrübə qazanmaq istəyi;
-Görülən işlər əyləncəli görünə bilər və dolayısı ilə orada olmaqdan insan zövq ala bilər;
-Müəyyən təcrübə və bacarıqları olan insanlar könüllü olaraq çalışmaqla öz biliklərini itirməmək istəyirlər;
-Könüllü olan şəxs özünü ehtiyac duyulan biri kimi görmək istəyir;
-Yeni dost qazanmaq istəyi;
-Özlərində olan qabiliyyətləri başqaları ilə bölüşmək istəyi;
Uğur formulumuz...
Tariximizin ən böyük, təsvirolunmaz təmənnasız könüllülük aktı, əlbəttə ki, vətənin müdafiəsinə könüllü yollanmağımızdır. Həm də kişi-qadın fərq etmədən... 21-ci əsr ölkəmizin könüllülük həyatında dərin izlər buraxmaqdadır. Çoxsaylı dövlət, özəl, ictimai təşkilat öz fəaliyyətilə könüllülük prinsiplərini qoruduğunu göstərir və hətta beynəlxalq miqyasda xeyriyyəçilik ənənələrimizi nümayiş etdirirlər. Bu gün ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Ancaq 2013-cü ilə kimi könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstərirdi. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında fəaliyyət göstərən “ASAN Könüllüləri Təşkilatı” yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin əmək vərdişləri qazanmasına, öz peşəsinin incəliklərini öyrənməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə geniş imkan verdi.
Könüllülüyün məkanı, yaşı, sərhədləri yoxdur...
Dövlət başçısının 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan könüllülük hərəkatının inkişafına daha da təkan verdi. Bununla da könüllü şəxslərin əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yarandı. Eyni zamanda, könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətləri formalaşdırdı.
Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. Bunu edən şəxs heç bir proqrama qoşulmadan, heç bir ictimai birliyin və ya təşkilatın üzvü olmadan da yerinə yetirə bilər. Çünki könüllülük könül işidir...
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10

