5.6 ballıq zəlzələ!
08.12.2023 [11:06]
Bütün qurumlar səfərbər oldu...
Lazımi tədbirlər görülüb
Yeganə BAYRAMOVA
Dünən Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 08:15-də qeydə alınan zəlzələnin maqnitudası 5.6-ya bərabər olub. Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
Zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yollarının (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb. Eyni zamanda süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırıb. Bildirilib ki, zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.
“103” xidmətinə çağırışlar çox olmayıb
Qeyd edək ki, zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb.
Azərbaycan Hava Yollarından bildirilib ki, Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşlar cədvələ uyğun həyata keçirilib.
Dərinlik bir neçə ay əvvəl 66 idi...
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirib. O, qeyd edib ki, zəlzələnin ocağında iyulun 4-də də yeraltı təkanlar qeydə alınmışdı: “Hər ikisinin maqnitudası 5.6-ya bərabər oldu. Dərinlik isə bir neçə ay əvvəl 66, dünən isə 68 kilometr təşkil etdi. Orada afterşoklar baş versə də tam boşalma getməmişdi. Həmin ocaqda gərginlik davam edirdi. Bu gün də eyni maqnitudalı təkanlar qeydə alındı”.
50 saniyə, 6 afterşok...
Q.Yetirmişlinin sözlərinə görə, zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib: “Zəlzələ Siyəzən qırılmasının aktivləşməsi ilə əlaqədardır. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb”.
Q.Yetirmişli qeyd edib ki, afrerşokların hesabına zəlzələ ocağında gərginlik azalıb və seysmik aktivlik fon səviyyəsinə düşüb.
Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq
Q.Yetirmişlinin sözlərinə görə, seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində işlərə gələn il başlanılacaq: “Fövqəladə Hallar Nazirliyi, yaponiyalı mütəxəssislər, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra orqanları ilə razılıq əldə olunub. Yəqin ki, yazda bu işlərə başlanılacaq”.
Xəritədə seysmik risklər qiymətləndiriləcək...
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə bildirib ki, seysmik mikrorayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək. Xəritədə, həmçinin seysmik risklər də qiymətləndiriləcək”.
Heç bir binaya ziyan dəyməyib...
E.Əsədov qeyd edib ki, FHN-nin bütün qurumları adi iş rejimində fəaliyyətini davam etdirib: “Nazirliyin 112 xidmətinə, yerlərdə olan idarələrinə zəlzələnin qeydə alındığı ərazilərdə olan dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb. Regional mərkəzlərin əməkdaşları zəlzələ baş verən ərazilərə baxış keçiriblər. Heç bir dağıntıya, binalara ziyan dəyməsi ilə bağlı hallara və xəsarətlərə rast gəlinməyib”.
Xoşagəlməz hallar barədə DİN-ə məlumat daxil olmayıb
DİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib ki, Bakıda və zəlzələ baş verən ərazilərdə polis gücləndirilmiş iş rejiminə gətirilib: “Əsas narahat edən halların, yəni təhlükənin ola biləcəyi ərazilərdə insanlar arasında panika hallarının yaranmaması məqsədilə bütün polis orqanları öz sahələri üzrə tədbirlərə cəlb ediliblər. Daxili İşlər Nazirliyinə (DİN) xoşagəlməz hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb. Xüsusi olaraq nəzarətə götürülmüş ərazilər metro stansiyaları, dəmir yolları, orta və ali təhsil müəssisələri, uşaq bağçaları, əhalinin intensiv hərəkət etdiyi bütün küçə və prospektlərdir. Əsas məqsəd sərnişinlər, vətəndaşlar arasında çətinliklərin yaranmasının qarşısını almaq idi. Xüsusilə metro stansiyalarında, dəmir yollarında vətəndaşların panikaya düşüb səs-küy yaratmaması üçün polis əməkdaşları tərəfindən müvafiq işlər görüldü ki, orada da asayiş ən yüksək səviyyədə təmin edildi.
Bütün sahələr üzrə, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, eləcə də hərəkət iştirakçılarının təhlükəsizliyi diqqətdə saxlanılmaqla yollarda sıxlığın, təhlükəli vəziyyətin yaranmaması üçün bütün tədbirlər görüldü. Görülən tədbirlər nəticəsində vətəndaşları narahat edən hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb.
Yalnız rəsmi məlumatlara istinad edin...
E.Hacıyev qeyd edib ki, yaşayış binalarında vətəndaşların təşvişə düşüb mənzilləri tərk etməsi halları nəzərə alınaraq yaşayış binaları və məhəllələrə əlavə qruplar cəlb edilmişdi. Məqsəd o idi ki, kimsə panikaya düşərək mənzili tərk edərkən təhlükəli vəziyyət yaranmasın. Nazirliyə oğurluqla bağlı fakt daxil olmayıb. Bütün zəruri tədbirlər diqqətdə saxlanılmaqla davam etdirilir. Belə hallarda vətəndaşları maksimum təmkinli olmağa, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

