Bura İsveçrə deyil, Şahdağdır!
18.12.2023 [13:51]
MÜŞFİQƏ
Yolumuz paytaxtdan 212 km uzaqlıqda yerləşən Şahdağadır. Dörd bir tərəfindən müxtəlif dillərin eşidildiyi, hər irqdən və hər millətdən olan insanların üz tutduğu, qitələri, hətta materikləri belə aşaraq gəldikləri “Şahdağ”da gəzib, gördüklərimdən söhbət açacağam. Şəhərin səs-küyündən uzaq, amma paytaxta da yaxın olsun deyirsinizsə, ən doğru seçim, şübhəsiz ki, “Şahdağ”dır. Öz adını əzəmətli Şahdağ dağından götürən “Şahdağ” Turizm Mərkəzində xizək sevərlər üçün geniş imkanlar və çeşidli idman növləri mövcuddur. Hər birini təcrübədən keçirdikdən sonra sizinlə də bölüşəcəyəm.
“Şahdağ”çılarının da dediyi kimi, qalın buzlaqlar, dərin dərələr və möhtəşəm dağ gölləri ilə əhatə olunan Şahdağın valehedici gözəlliyini kəşf etmək, müxtəlifliyi ilə zəngin ekoloji cənnətdə hiss etmək istəyirsinizsə, zaman itirməyin!
Elə biz jurnalistlər də zaman itirmədən Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə növbəti dəfə “Şahdağ” Turizm Mərkəzinə yola düşdük. Səfərimiz qış mövsümünün açılışına təsadüf edirdi. “Şahdağ” günlər öncəsindən bir avtobus dolusu jurnalisti qarşılamağa hazır idi. Əbəs yerə, növbəti dəfə demədim, çünki bu heyətlə sözügedən Mərkəzə dəfələrlə səyahətimiz baş tutub. Əslində bu səfərlərin təşkili həm medianın, həm də qurumun bir-birinə olan diqqəti və sadiqliyini nümayiş etdirir. Jurnalistlərə “Şahdağın dostları” statusunun verilməsi təklifi də bu fikri qüvvətləndirmiş olur.
Xatırladım ki, qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, habelə xarici tərəfdaş kurortların üzvləri də iştirak edirdilər. Mediatur çərçivəsində bir neçə həmkarımızla ünsiyyət qurmaq, onları ölkəmizin zəngin sərvətləri ilə tanış etmək imkanı da əldə etdik.
Səfərimizin ilk günündə isə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov media nümayəndələrinin suallarını cavablandırdı. Öyrəndiyimiz qədərilə, cari ildə buraya 156 mindən çox turist səyahət edib. Onların 70 %-i yerli turistlərdir. Mərkəzdə erkən təbliğat işlərinə də başlanılıb və əcnəbi turistlərin 50-60 % olacağı gözlənilir. Bildirilib ki, dağ kurortuna gələnlər sırasında qış üzrə Rusiya, yay üzrə isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edir. Hətta Hindistanla reyslərin artması səbəbilə 3 min nəfərlik qrupun qəbulu üçün danışıqlar aparılıb. Deyilənə görə, yeni il şənlikləri üzrə bütün paketlər satılıb. Xidmət çeşidindən və qonaqlama müddətindən asılı olaraq paketlərin qiyməti 2 820 manata qədərdir. Ən önəmli xəbərlərdən biri isə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (“ISMF”) beynəlxalq seriya yarışının keçiriləcəyi idi.
Bir sözlə, “Şahdağ” Turizm Mərkəzinin əsas hədəfi yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdir.
“Şahdağ” sadəcə turistik məkan deyil, həmdə yüzlərlə qusarlılara “çörək ağacı”, “çörək dağı”dır. Qusar əhlinin işlə təmin olunması üçün burada hər cür şərait yaradılır. Onların peşəkar kadr kimi formalaşdırılması üçün mütəmadi təlimlər keçirilir. Hər biri turistlərə yüksək peşəkarlıq və canfəşanlıqla xidmət edir. Xidmətlə yanaşı, Mərkəzin ləzzətli və bolçeşidli təamlarını da vurğulamasaq olmaz.
İki günlük tədbir çərçivəsində “2351 nöqtəsi” ilə tanışlıqla yanaşı, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə etdik. Hava şəraiti ilə əlaqədar, Paraplanda uçuşlar həyata keçirə bilməsək də, siz digər günlərdə 150-250 AZN arası ödəməklə bu həyəcanı yaşaya bilərsiniz. Bütün gərginliyi geridə qoyub səmada uçmaq və adrenalin dolu əyləncədən həzz almaq üçün yamac paraşütündən istifadə etməyə dəyər. Eyni zamanda, sizin uçuş görüntülərinizin xatirəsi GoPro kamerası ilə qeydə alınacaq.
Eləcə də yüksək adrenalin hissini yaşamaq istəyənlər üçün zip-line və kanatla sürüşmə əyləncə növləri də mövcuddur. Dağ yamaclarına doğru hərəkət edərkən kompleksi əhatə edən möhtəşəm görüntüdən həzz alacaq, 45 metr hündürlükdə, 20-25 km/saat sürətlə kanatın bir ucundan digər ucuna kimi havada hərəkət edəcəksiniz. Narahat olmayın, ehtiyat tədbirləri nəzərə alınaraq siz təhlükəsizlik ləvazimatları ilə təmin ediləcək və daim nəzarət altında olacaqsınız. Qiyməti isə 15-25 AZN arası dəyişir.
Yüksəkliyə qalxdıqdan sonra təzyiq problemi ilə üzləşəcək insanların səhhəti üçün də hər şey düşünülüb. Burada çalışan tibbi personal dərhal sizin qeydinizə qalacaq. Hətta azyaşlı övladlarınızı üzrəkrahatlığı ilə əmanət edə biləcəyiniz mütəxəssislər də burada çalışır. Siz istirahət edin, onlar isə öyrənərək əylənsinlər.
Səfərimizin ilk günü isə qala gecəsi ilə başa çatdı. Bir daha şən mahnıların müşaiyəti ilə qış mövsümünü “salam”ladıq. Buranın səhəri isə ayrı bir gözəlliyə açılır. Hər kəs həyatında azı bir dəfə də olsa, burada Günəşin doğuşunu izləməlidir. Səhər yürüyüşünə çıxın, ətrafı seyr edin, ən əsası ləzzətli səhər yeməyindən dadmağı unutmayın.
Ciyərimizə təmiz dağ havasını, boxçamıza isə xəbərləri yükləyib qayıdırıq Bakıya. Qürurla deyə bilərik ki, bura hansısa bir Avropa şəhəri deyil, Bura Şahdağdır. Hər zaman adına layiq olmağın ümidilə...
Xəbər lenti
Hamısına baxSiyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05

