Alış-veriş xəstəliyi...
16.03.2024 [11:30]
Ehtiyac, yoxsa israfçılıq?
Yeganə BAYRAMOVA
Yəqin ki, alış-verişi sevməyən insan yoxdur. Araşdırmalara görə, qadınlar kişilərə nisbətdə daha aktiv alış-veriş edir, daha çox məhsul axtarır və vitrin gəzirlər. Alış-veriş dəqiq bir məqsədə istiqamətli olduğu zaman normal qəbul olunur. Məsələn, ehtiyac duyulan bir şeyi axtarmaq, tapmaq və sonunda onu almaq. Lakin alış-veriş əvvəllər ehtiyacları ödəyirdisə, son illərdə bəzi emosional ehtiyacların ödənilməsinə də cavab verir. Psixoloqların fikrincə, alış-veriş həvəsində bir sıra psixoloji məqamlar dayanır.
Qeyd edək ki, alış-veriş xəstəliyi “Oniomania” adlanır. Bu asılılığı çox vaxt şopoqolizm və ya şopinqolizm də adlandırırlar. Xəstəlikdən əziyyət çəkən insanlar isə şopoqolik adlanır. Oniomania diaqnozu ilk dəfə 1915-ci ildə qoyulub, mənası “satın almaq xəstəliyi” kimi qəbul olunub. Oniomaniadan əziyyət çəkən insanların demək olar ki, çoxusu xəstə olduğunu bilmir. Bir çoxu həyatını o formada davam etdirir, ömrünün sonunadək alıb yığır, amma bir çox alış-veriş düşkünü vaxtında psixoloji dəstək alaraq problemindən qurtulur.
Aldıqdan sonra peşman olurlar
Bu cür insanlar alış-veriş etmək istəyəndə dünyanın ən xoşbəxt insanı olurlar, aldıqları hər şey onları inanılmaz rahatladır, sevindirir. Amma alıb qurtardıqdan sonra, yəni evə qayıdan kimi aldıqları hər şeyə görə, xərclədikləri pula görə peşman olurlar. Lakin sonra hiss etdikləri bu peşmanlığı özlərindən uzaqlaşdırmaq üçün yenə alış-veriş edirlər. Çünki onlar özlərini yalnız bu cür xoşbəxt hiss edilər.
Daha çox qadınlar...
Bu arada onu da vurğulayaq ki, sözügedən xəstəliyin daşıyıcıları böyük əksəriyyətlə qadınlardır. Alimlər onu da müəyyənləşdiriblər ki, bu xəstəliyə düşmənin də xüsusi səbəbləri var. Bunlardan biri sahib olma istəyidir. Bu xəstəliyin daşıyıcıları “Pulum var, ya yox. Ehtiyacım var, yoxsa yox” kimi suallar ətrafında düşünmürlər. Onlar gördükləri, bəyəndikləri hər şeyi satın alırlar. Özlərinə yeni bir şey almayanda isə özlərini pis hiss edir, sıxıntı keçirir, hətta depressiyaya düşürlər.
Neqativ duyğular şopoqolizmə yol açır
Xəstəliyi yaradan ikinci səbəb isə insanda yaranan dəyərsizlik hissidir. Daha dəqiq ifadə etsək, dəyərsizlik, yalnızlıq, acıq, yasaqlanma kimi neqativ duyğular da alış-veriş xəstəliyinə yol aça bilər. Məhz bu səbəbdən bəzi insanlar alış-veriş edərək, özlərini dəyərli hiss edirlər. İnsan satın aldıqlarının ona dəyər qatacağına, güclülük hissi verəcəyinə inanır. Ancaq istədiyi şeyləri aldığı zaman ilk ankı həzz xaricində xəyal etdiyi hissi yaxalaya bilməyəndə dəyərsizlik hissi bu dəfə daha ağır şəkildə geri qayıdır. Bu zaman vəziyyət daha da qəlizləşir. İnsan o ilk ankı alış-veriş həzzini yenidən yaşamaq üçün gedərək artan bir sürətlə mağazalara hücum edir...
Pul xərcləmək kədəri azaldır, amma...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən psixoloq Aytən Ələkbərova bildirib ki, 21-ci əsrin xəstəliyi adını almış bu problem bu gün inkişaf etmiş ölkələrin çoxunda var. Lakin bu hal həmin ölkələrin iqtisadiyyatının inkişafına xidmət etdiyi üçün dövlət səviyyəsində bu barədə ciddi narahatlıq hiss olunmur: “Bir çox psixoloji araşdırmanın nəticəsində məlum olur ki, nəsə almaq, pul xərcləmək insanın kədərini azaldır, sevinc hissi yaradır. Amma qətiyyən qəzəb və acığı soyutmur. Bir çox qadın kədərlənəndə onu xoşbəxt edən şeyi etmək istəyir, alış-veriş də buna daxildir. Elə qadın var kədərlənəndə şirniyyat bişirir, eləsi var ev təmizləyir, qadın var ki, özünü qəmgin hiss edəndə yalnız şokolad yeyir. Alış-veriş düşkünlüyü də bu problemlərdən biridir”.
Psixoloq qeyd edib ki, alış-veriş əsnasında insanın beynində “endofrin”, yəni “xoşbəxtlik hormonu” çoxalır: “Bu hormon bir çox səbəblərdən yüksələ bilir. İdman edəndə, günəş enerjisi qəbul edəndə, masaj zamanı və həqiqi xoşbəxt olduğumuz anlarda beynimizdə “endofrin” hormonu yüksəlir. Nəyisə qazanmaq, almaq, nəyəsə sahib olmaq istəyi zamanı da bu hormon yüksəlir”.
Oniomaniyadan qurtulmanın yolları
Oniomanidan xilas olmaq üçün bəzi məqamlara diqqət etmək lazımdır.
Siyahı tutun: Ehtiyacınız olan əşyaların siyahısını tutun və əsla bu siyahıdan kənara çıxmayın.
Vitrinlərdən uzaq durun: Həftəsonu alış-veriş mərkəzində gəzərkən vitrinlərə yaxınlaşmayın. Göz oxşayan geyimlərdən uzaq durmağınız sizin bu xəstəlikdən qurtulmanıza yardım edəcək.
Kredit kartı istifadə etməyin: Kredit kartları sadəcə mağazalarda deyil, onlayn alış-verişə də sövq edir. Ehtiyacınız olmayan kartları ləğv edin.
Nəğd pul az götürün: Alış-verişə gedərkən bəzi tədbirlər alın. Hamımız pul xərcləməyə meyilliyik. Üstümüzdə çox pul olan zaman isə bəzən ehtiyacımız olmayan əşyaları alırıq.
Borc pul almayın: Üzərimizdə pul olmasa belə bəzən xoşumuza gələn bir əşya üçün rəfiqələrimizdən borc götürürük. Bu xasiyyəti də tərgidə bilsəniz, artıq oniomaniya xəstəliyindən xilas oldunuz deməkdir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

