/ / Agentlik: COP29-la bağlı ölkəmizə gələcək qonaqlar üçün 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub
Agentlik: COP29-la bağlı ölkəmizə gələcək qonaqlar üçün 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub
28.10.2024 [15:18]
COP29 kimi mühüm tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə turizm sənayesinin texniki və təşkilati baxımdan tam hazır vəziyyətə gətirilməsi istiqamətində fəaliyyətlər davam edir. Azərbaycana bu tədbirlə əlaqədar səfər edəcək qonaqların rahat formada yerləşdirilməsi üçün mayın 23-dən etibarən vahid onlayn rezervasiya platforması istifadəyə verilib. Qeyd edək ki, həmin platforma üzrə rezervasiyaların qəbulu davam etməkdədir. “COP29-accommodation.bnetwork.com” ünvanında yerləşən platformada hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış kompleksləri barədə məlumatlar təqdim olunur.
Bu barədə AZƏRTAC-ın sorğusuna Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, yerləşdirmə yerlərinin ümumi həcmi və növləri, təhlükəsizlik, logistika baxımından əlçatanlığı və qonaqlara xidmətlə bağlı digər sahələr beynəlxalq təcrübəyə və meyarlara əsasən götürülür.
Həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə yerində audit həyata keçirilib və onlardan 220-yə yaxını ulduz dərəcəsi əldə edib. Bunlardan 10 hotel 5 ulduza, 20 hotel 4 ulduza, qalanları isə müvafiq olaraq digər ulduz dərəcələrinə sahib hotellərdir.
Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış yerlərinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar (airbnb, booking və s.) vasitəsilə mümkündür.
Xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-ə yaxın yerləşmə obyektinin 2000-ə yaxın personalına 12 modul üzrə ixtisaslaşmış praktiki peşə təlimləri, eləcə də dayanıqlılıq üzrə təlim, yerləşmə yerlərində mətbəx idarəedilməsi və qastronomiya ilə bağlı (veqan və vegenterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir.
Bundan əlavə 200 turizm bələdçisi sertifikatla təmin edilib və tədbir müddətində hotellərə dəstək olmaq üçün turizm könüllülərinə təlimlər keçirilib.
COP29 tədbiri ilə bağlı ölkəmizə gələcək qonaqlar üçün yarımgünlük, tamgünlük və gecələmə ilə 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bakı ərazisində İçərişəhər, Yanardağ, Atəşgah, Qobustan kimi qoruqlar, milli parklar və digər turistik əhəmiyyətli yerlərlə yanaşı, Bakı-Şimal, Bakı-Şimal-Qərb və Bakı-Cənub istiqamətində olan turizm marşrutları üzrə də əsas destinasiyalar əhatə olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

