Əcnəbilər ölkəmizi niyə seçirlər?..
18.03.2023 [12:00]
Rusiya birinci yerdədir
Qönçə QULİYEVA
Siyasi sabitliyini qoruyan, eləcə də sosial və iqtisadi sahədə inkişaf əldə etmiş Azərbaycana son zamanlar turist və miqrant axınının artmasını müşahidə edirik. Turistik məqsədlərlə ölkəmizə üz tutanlar, adətən sonradan burada qalmağı seçirlər.
Ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxslər turist sayılırlar. Qeyd edilən müddəti uzatmaq qərarı verib, ölkədə daha uzun müddət yaşayanlar isə miqrant adlandırılırlar. Başqa sözlə, turist ölkə xaricinə yalnız səyahət və ya gəzmək məqsədilə gələn şəxslərdir. Miqrantlar isə hər hansı bir səbəbə görə vətənini tərk edərək başqa ölkələrə köç edənlərdir.
Müxtəlif beynəlxalq reytinq təşkilatlarının hesabatlarında maraqlı turistik məkanlardan biri kimi təqdim olunan ölkəmizdə miqrantlar üçün də əlverişli imkanlar mövcuddur.
Dünyanın bir çox yerində baş verən gərginliklər qonşu ölkələrin vətəndaşlarının ölkəmizə gəlməsinə, hətta bəzi hallarda burada məskunlaşmasına səbəb olur. Son geosiyasi proseslər səbəbindən Azərbaycana üz tutanlar əsasən Rusiya vətəndaşlarıdır.
Sanksiyalar dalğasında boğulan Rusiya vətəndaşlarının ölkəmizə pənah gətirmələrinin əsas səbəblərindən biri də viza tələbinin olmamasıdır. Keçirilən sorğularda onlar özlərini burada, həm də çox rahat, öz evlərindəki kimi hiss etdiklərini dəfələrlə qeyd ediblər.
İkinci sırada isə qardaş ölkə Türkiyə qərarlaşıb. Adətlərinə və yaşayış tərzlərinə uyğun dövlət olduğundan artıq bir çox Türkiyə vətəndaşı Azərbaycana gəlməyi düşünür. Qardaş ölkədə baş verən təbii fəlakətdən sonra turistlər, eləcə də miqrantlar arasında Azərbaycanı özlərinə ikinci Vətən sayan Türkiyə vətəndaşlarının sayı bir qədər də artıb.
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, Rusiya və Türkiyədən gələn vətəndaşların sayı kifayət qədər çoxdur. Onun sözlərinə görə, son illərdə bu iki dövlət ilk beşliyə daxil olub: “Birinci yeri Rusiya, ikinci yeri isə Türkiyə tutur. Bu dövlətlərlə Azərbaycan arasında miqrasiya mübadiləsi intensivdir. Statistik rəqəmlər ildən-ilə artmaqdadır. Pandemiya ilə bağlı məhdudiyyətlər azaldılandan sonra hava yollarının açılması ilə dövlətlərarası miqrasiya məsələsində artım müşahidə edilməyə başladı. 2022-ci ilin statistikasına baxdıqda məlum olur ki, məhz Rusiyadan gələnlərin sayı 164403 nəfərdir. Qardaş ölkədən gələn və burada yaşadığı yer üzrə qeydiyyata alınan Türkiyə vətəndaşlarının sayı 28997 nəfərdir”.
Ekspert sentyabrın 21-dən etibarən Rusiyada qismən səfərbərliyin elan olunmasının faktiki olaraq bu ölkədən Azərbaycana gələnlərin sayının artmasına səbəb olduğunu da diqqətə çatdırdı: “Rəqəmlərə nəzərə salsaq, görərik ki, 9 ay ərzində 116 min nəfər gəlmişdisə, 3 ay ərzində gələn vətəndaşların sayında kəskin artım müşahidə edilir”.
Türkiyəyə gəldikdə isə, A.Allahverənov həmin müddət ərzində statistikada sabitliyin mövcud olduğunu qeyd edərək ciddi artımın olmadığını da vurğuladı: “Fevral ayında Türkiyədə məlum zəlzələ hadisəsi nəticəsində çoxsaylı Azərbaycan vətəndaşı geri qayıdıb. Türkiyədən gələrək Azərbaycanda sığınacaq aparan qardaş ölkə vətəndaşlarının sayının cüzi artdığını görürük. Rusiyada isə bu, bir qədər fərqlidir. Rusiya üzrə rəqəmlərə baxdıqda vətəndaşların sayının aybaay artdığını görürük. Müharibə və səfərbərlik dalğası statistik rəqəmlərdə özünü göstərib”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31

