Dünyanı kəşf etmək...
27.09.2023 [12:32]
Ümumdünya Turizm Günüdür
Y.BAYRAMOVA
Müasir dünyamızda turizm istənilən ölkə üçün vacib reallıqlardan birinə çevrilib. Ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirən turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərməkdədir.
Bu gün - sentyabrın 27-si Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm Təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır. Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılıb.
Turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrin ortalarından inkişaf etməyə başlayıb. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşıyıb, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara “turist” deyiblər. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yığıncağında “turizm” sözü müzakirə olunub, onun beynəlxalq mahiyyəti, sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilib. BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə “turist” anlayışına konkret tərif verməyə cəhd edilib. Sözsüz ki, həmin konfransda turizmə konkret tərif verə bilməyiblər. Lakin hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi sahə kimi inkişaf etdiyinə görə, onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlib.
2023-cü il Ümumdünya Turizm Günü beynəlxalq ictimaiyyətə, hökumətlərə, çoxtərəfli maliyyə institutlarına, özəl sektor investorlarına yeni turizm investisiya strategiyası ətrafında birləşməyə çağırış olacaq. Aydındır ki, turizm dünya irsinin təmin edilməsində əsas rol oynayır. Ümumdünya Turizm Günü inkişaf, təkmilləşmə üçün turizm enerjisi ilə mübarizə aparmağa can atan hər bir ölkədə və şəhərdə geniş şəkildə qeyd olunur. Bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Kambocanın paytaxtı Pnompen ev sahibliyi edəcək.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Bu bayram turizm sahəsində çalışan bütün şirkətlərin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyəti - peşəkar səviyyədə rahat və təhlükəsiz istirahəti təmin edən hər bir kəsin bayramıdır. Son illər Azərbaycanda turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafına öz müsbət təsirlərini göstərir. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

