/ / Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri “Euronews” kanalında
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri “Euronews” kanalında
16.07.2014 [10:15]
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri barədə “Euronews” kanalında süjet yayımlanıb.
AzərTAc xəbər verir ki, süjetdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert və sərgilərin təşkil edildiyi qeyd olunur, əsas sərginin “Azərbaycan - ənənələr və gələcəyin ölkəsi” adlandırıldığı diqqətə çatdırılır.
Süjetdə Azərbaycanın dostları cəmiyyətinin üzvü Nataniel Beker bildirir ki, ekspozisiya üç bölmədən ibarətdir. Onun mərkəzi hissəsini təsviri-tətbiqi incəsənət, xalçaçılıq, milli musiqi alətləri, misgərlik nümunələri təşkil edir.
Daha bir bölmə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilib. Süjetdə Nizami Gəncəvinin orta əsrlərdə Şərqin ən görkəmli şairlərindən biri olduğu, epik poeziyaya danışıq dili və realistik üslub gətirdiyi vurğulanır. Qeyd edilir ki, Nizaminin əsas əsərləri beş poemadır. Bunlardan birinin ən sevilən personajları Şərq əfsanəsinin qəhrəmanları Leyli və Məcnundur.
Daha bir bölmədə Azərbaycan rəssamları haqqında məlumat verilir. Bildirilir ki, sərgidə rəssamlar Xalidə Səfərovanın və Kamil Nəcəfzadənin əsərləri nümayiş olunur. Nataniel Beker həmin rəssamların öz əsərlərində milli xüsusiyyətləri qoruyub saxladıqlarını söyləyib.
Süjetdə “Azərbaycan - ənənələrin və gələcəyin ölkəsi” sərgisinin Kannda iyulun 31-dək davam edəcəyi bildirilir.
Qeyd olunur ki, Azərbaycan mədəniyyəti günləri modelyer Renato Ballestranın moda nümayişi ilə yekunlaşıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak edib.
Süjetdə modelyer hazırladığı kolleksiya haqqında məlumat verərək bildirir ki, onun məqsədi - Azərbaycan qadınının keçdiyi yolu moda vasitəsilə nümayiş etdirməkdən ibarətdir.
Ekspozisiya kimi, moda nümayişi də üç mövzudan ibarət olub: ənənələri ilə qədim əsrlərə gedib çatan xalçaçılıq, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının əsas rəmzlərindən olan nar və ölkə incəsənətində geniş əksini tapan alov.
Süjet bu sözlərlə yekunlaşır: “Azərbaycan mədəniyyəti günləri gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələlərindən biridir”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

