Makron yenidən hədəfə çevrildi...
07.12.2022 [10:38]
Avropa Fransa prezidentinə qarşı
Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmalar dünyada yeni siyasi nizam yaratmaqla yanaşı, Avropa məkanı üçün həm xarakterik, həm də ənənəvi olan “köhnə rəqabət”i də yeniləyir. Tarixin bütün dönəmlərində maraqları üst-üstə düşməyən anqlo-sakson ittifaqı ilə mərkəzçi Avropanın (avrosentristlər) arasındakı ziddiyyətlər yenidən bariz formada özünü göstərməyə başlayıb. Problemin bir ilə yaxındır ki, davam etməsi Avropanı yenidən düşünməyə vadar edib - Rusiyaya qarşı hərbi-iqtisadi koalisiyada yer almaq “köhnə qitə” üçün nə qədər sərfəli və cəlbedicidir? Təbii ki, bu suala cavablar müxtəlif ola bilər. Nəticə etibarı ilə yaranan iqtisadi fiaskolar, enerji böhranı qitə təmsilçilərinin məsələyə münasibətini əvvəki qədər tünd rəngə boyamır. Artıq Avropadan Rusiya ilə bağlı daha loyal və fərqli səslər eşidilməkdədir.
Məsələn, bir müddət öncə Fransa prezidenti Emmanuel Makron Qərb liderlərini Putinlə masa ətrafında danışıqlar aparmağa çağırmışdı. “Mən həmişə prezident Putinlə müntəzəm müzakirələr aparmaq üçün əlaqə saxlayıram, çünki hesab edirəm ki, qarşılıqlı ünsiyyəti bərpa etməyin ən yaxşı yolu birbaşa kanalı saxlamaqdan ibarətdir”, - Makron qeyd etmişdi. Hətta Makron həll yolu tapmağın yeganə yolunu danışıqlar olduğunu bildirmişdi və qeyd etmişdi ki, o, hərbi variant görmür. Fransa prezidenti Rusiya liderinin Qərbin Rusiyanı məhv etmək istədiyinə dair fikrinə isə belə münasibət bildirmişdi: “Biz fransızlar heç vaxt buna can atmamışıq. Üstəlik, bizim mədəni və tarixi baxımdan çox sıx əlaqələrimiz var. Biz həmişə rus xalqına hörmətlə yanaşmışıq”. Lakin gələn sərt reaksiyadan sonra geri addım atmalı olmuşdu. O bildirmişdi ki, münaqişənin nizamlanması yalnız Ukraynanın diktə etdiyi şərtlər daxilində mümkün ola bilər.
İndiki halda isə Makron yenə də rusiyayönümlü çıxışı ilə yadda qalıb. O bildirib ki, NATO Ukraynadakı münaqişənin həllində Rusiyanın təhlükəsizliyinin təminatlarına diqqət yetirməlidir. Fransa lideri vurğulayıb ki, Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın yeni güvənlik arxitekturasına Rusiya üçün təhlükəsizlik zəmanətləri daxil edilməlidir.
Avropa seçim qarşısında - ABŞ, yoxsa Rusiya?
Əslində Makronu “danışdıran” səbəblər çoxdur. İlk növbədə özünü Avropanın “lideri” sayan Fransa prezidenti görür ki, Kremlə qarşı məlum iqtisadi sanksiyalar Rusiya qədər Avropanın da çöküşünü reallaşdırır. Avropanın əsas ticarət partnyoru olan Rusiyanın izolə edilməsi Qərb üçün nələrə nail olur, ortadadır - xammal bazası, əsas bazarı, ixracatının ən mühüm hissəsi əldən gedir. Hazırda Avropada enerji təhlükəsizliyi məsələsi ən böyük təhlükə kimi çıxış etməkdədir. Sanksiya paketlərində Rusiya qazından tam imtinanı gerçəkləşdirə bilməyən Fransa və dolayısı ilə Avropa başa düşür ki:
- Rusiyasız Avropanın iqtisadi inkişaf tempi mənfi saldoya düşür;
- Bunun əvəzində, ABŞ özünün təsiretmə coğrafiyasını böyüdür;
- Rusiya qazından və neftindən imtina etməklə Avropa qeyri-mücərrəd bir durumda qalır.
Bir sözlə, baş verənlər Rusiyadan öncə Avropanın tam şəkildə
ABŞ-ın təsir dairəsinə keçidini təmin edir. Mərkəzçi Avropa isə bununla razı deyil. Onlar anlayırlar, hazırda iki düşmən obrazında çıxış edən ABŞ və Rusiya hansısa bir məqamda ortaq mövqeyə gələcəklər - Amma Rusiya bu baş verənləri Avropaya bağışlamayacaq. Və öz ayağı ilə ABŞ-a təslim olan “köhnə qitə” apardığı müstəqil xarici siyasət kursunu da tam itirmək üzrədir. Artıq ABŞ Avropaya “binokl” ilə baxmır.
Ermənilərə dəstək Fransaya baha başa gəlir...
Digər tərəfdən, Fransa prezidentinin bu “fikirləri” həm də “günahçıxarma” xarakteri daşıyır. Belə ki, Fransa daha bir addımı ilə özünü çıxılmaz vəziyyətə salıb. Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdiyi qərəzli “qətnamə” bu məsələdə aktiv “rola” malikdir. Qeyd edək ki, Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi “qətnamədə” Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışlar yer alırdı. “Sənəddə” Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması da təklif olunurdu. Beləliklə, Fransa özünün naqis oyununun əziyyətini çəkməkdədir. Ermənistana “dəstək” fonunda etdiyi bu çağırış isə heç bir reaksiyaya səbəb olmadı. Yəni Fransanın səsinə səs verən tapılmadı. Beləliklə, erməni “bacılarına” yardım edərkən özünü çox pis vəziyyətə salan Fransa özünün enerji tələbatını Azərbaycan və Türkiyə xətti ilə Avropaya ixrac olunan enerji vasitəsiləri ilə kompensasiya edə bilmir. Əli hər şeydən üzülən rəsmi Paris bu səbəbdən də digər Avropa ölkələrinə özünəməxsus “məsləhətlər” verməyə çalışır. Təbii ki, onun səsini özündən başqa kimsə eşitmir. Makron bu faktı görür və anlayır, hətta peşmançılığını da çəkir. Amma nə fayda... ABŞ-ın təsirinə düşmək istəməyən, Azərbaycanın ixrac etdiyi enerjidən imtina edən Fransa nətcə etibarı ilə yenə də Rusiyaya “üz” tutur.
Fransaya sərt reaksiyalar
Vurğulanmalıdır ki, Fransanın bu yeni “oyunu” heç də Avropa dövlətlərinin hamısının ürəyincə deyil. Təbii ki, Azərbaycan və digər alternativ enerji mənbələrindən özünün tələbatını təmin edən Mərkəzi və Cənubi Avropa kontingenti üçün Fransanın tutduğu mövqe də o qədər maraqlı deyil. Eyni zamanda, həmin ölkələr Fransa qədər çarəsiz durumda da deyillər. Bu baxımdan, artıq Fransaya qarşı müəyyən sərt reaksiyalar da özünü göstərməkdədir. Məsələn, Litvanın keçmiş müdafiə və xarici işlər naziri Linas Linkevicius Makrona belə cavab verib: “Rusiya qonşularına hücum etməsə, ilhaq və ya işğal etməsə, bütün təhlükəsizlik zəmanətlərinə sahib olacaq”. Linkevicius sözlərinə belə davam edib: “Terrorçu dövlətin qorxutma üsullarını davam etdirməsinə imkan verən yeni təhlükəsizlik arxitekturası yaratmaq istəyənlər bir daha düşünməlidirlər”.
Makronun açıqlamasına Ukraynadan gözlənilən cavab isə Ukrayna Prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyakdan gəlib. Zelenskinin “sağ əli” kimi tanınan Podolyak deyib: “Əsl sivil dünyanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var”.
Beləliklə, Fransanın yeni təhlükəsizlik arxitekturasının mənzərəsi ilə bağlı fikirləri yenidən rəsmi Parisi hədəfə çevirir. Avropa onu separat danışıqlarda ittiham edir. Makronun bu vəziyyətdən necə çıxağacı isə bəllidir... Fransa lideri öz sözünü danmaqda mahir usta sayılır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12

