YAP yeni dövrün hədəflərini reallaşdırmaq əzmindədir
13.08.2024 [19:46]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Borsunlu və Nadirkənd kənd seçiciləri və Naftalan şəhərində qadın seçicilər ilə görüşləri keçirilib.
Goranboyda keçirilən görüşdə çıxış edən rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Azərbaycan parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə tam hazırdır. S.Qocayev Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində - ictimai siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması və milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. Milli Məclisə keçiriləcək seçkilərin önəmini vurğulayan Samir Qocayev 1 sentyabrda hər kəsi seçkidə iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Naftalanda təşkil olunan görüşdə şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, xalqımız bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərməklə öz parlaq gələcəyinə səs verəcək.
Deputatlığa namizəd Bədəl Bədəlov Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində hazırda Azərbaycanın heç bir zaman olmadığı qədər güclü və qüdrətli ölkəyə çevrildiyini deyib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Nailə Məmmədova, Əzra Həşimova, Səyad Quliyev, Dərgah Abbasov, Elsivar Qəmbərov və Ramil Bayramov əldə olunan tarixi nailiyyətlər fonunda seçiciləri 1 sentyabr – növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bədəl Bədəlov rayonun Borsunlu kəndində yaşayan Vətən müharibəsi qazisi Elmar Elmir oğlu Nəsirov ilə fərdi görüş keçirib, daha sonra Borsunlu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Cahangir Məmməd oğlu Qurbanovun və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Elyəddin Zöhrab oğlu Cəfərovun ailələrini ziyarət edib.
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07

