YAP Gənclər Birliyi Dövlət Bayraq Meydanını ziyarət edib
07.11.2012 [03:01]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri Dövlət Bayrağı Günü münasibətilə “Mənim Bayrağım-Mənim Kimliyim” adlı tədbir keçirib. Tədbir çərçivəsində ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edən YAP Gənclər Birliyinin fəal üzvləri Dövlət Bayraq Meydanını ziyarət ediblər.
Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Bakı, Abşeron və Sumqayıtdan olan fəal gənclərin Dövlət Bayrağı Meydanını ziyarət etməsi gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədini daşıyır: “Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən inşa edilmiş bu möhtəşəm Meydan gənclərin vətənpərvərlik hissinin möhkəmlənməsində mühüm rola malikdir. İnsan bura gələndə, muzeyi görəndə Azərbaycanın tarixi haqqında, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər barəsində məlumatlar toplayır və bu məlumatlar gənclərin yaddaşına əyani şəkildə həkk olunur. Bayraq dövlətimizin rəmzlərindən biridir. Arzu edirik ki, bayrağımız Olimpiya oyunlarında, idman yarışlarında, həmçinin, beynəlxalq təşkilatların tribunalarında dalğalandığı kimi hər zaman belə şərəflə, qürurla dalğalansın”.
Dövlət Bayraq Meydanı ilə tanışlıq zamanı gənclərə kompleksin yaranış tarixi barədə geniş məlumat verilib və bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycanda 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilməyə başlanılıb. Həmçinin, 1 sentyabr 2010-cu il tarixində Dövlət Bayraq Meydanının açılış mərasimi həyata keçirilib.
Daha sonra gənclər Dövlət Bayraq Meydanı muzeyini gəzərək, oradakı eksponatlarla tanış olublar. Ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri prezident ştandartı (bayrağı), Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, mərasim geyimləri və Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920 ci illərdə Türkiyədə yerləşən səfirliyinin üzərində dalğalanan bayraq gənclərin xüsusi marağına səbəb olub və diqqətini çəkib. Həmçinin gənclər Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən tarixən Azərbaycan xalqının sahib olduğu bayraqlarla yaxından tanış olublar.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

