/ / 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verir
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verir
16.10.2024 [17:36]
16 oktyabr 2024-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşklatçılığı ilə “Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verir” mövzusunda tədbir keçirildi. Öncə COP 29 tədbirinin dünyaya və ölkəmizə faydasına həsr edilmiş videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən mühüm tədbir kimi yadda qalacaq.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda COP-29 tədbiri ilə əlaqədar görülən işlərdən bəhs edib. O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərə sadiqliyini nümayiş etdirir. G.Bayramov çıxışında COP29-la bağlı ölkəmizdə və rayonumuzda aparılan genişmiqyaslı işlərdən, ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib.
Daha sonra konfransda çıxış edən Alıuşağı kənd tam orta məktəbin direktoru Musa Əsədov, Əhmədbəyli kənd tam orta məktəbin müəllimi Ayşən Quliyeva və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova ölkəmizin COP29-a ev sahibliyini üzərinə götürməklə yaşıl enerjiyə keçid sahəsində bu işə töhfə vermək qətiyyətini ortaya qoyduğunu diqqətə çatdırıblar. Natiqlər COP 29-la bağlı rayon gənclərinin gördüyü işlərdən söhbət açaraq, belə tədbirlərin təşkilinin maarifləndirmə baxımından mühüm olduğunu da vurğulayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35

