Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
15.11.2024 [17:35]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Məlum olduğu kimi, noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Qeyd etmək lazımdır ki, hər bir ölkə özünəməxsus yerləşmə xüsusiyyətinə malikdir. Ölkələrin dünyanın siyasi xəritəsində mövqeyi başqa dövlətlərlə əlaqəsi kimi qiymətləndirilir. İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu mühüm müzakirə dünya ictimaiyyətinin diqqət mərkəzində idi. Çünki iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin problemləri məhz bu ali tirbunadan səsləndi. Burada bir məqama diqqət yetirmək lazımdır ki, 1946-cı ildə yaradılmış Millətlər Birliyinin 56 üzvündən 25-i inkişaf etməkdə olan ada dövlətidir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Kiçik ada dövlətlərinin sammitində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Bu o deməkdir ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir. Həmçinin president deyib: “Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır”. Bütün bunlar Azərbaycanın dünyada baş verən proseslərə laqeyid qalmadığını, dünyanın həssas bölgələrində yaşayan insanların üzləşdiyi problemlərin həllinə yardımçı olmağa töhfə verməyə hazır olduğunun göstəricisidir. Azərbaycan kiçik ada dövlətləri ilə diplomatik əlaqələrini gücləndirmək, onlara beynəlxalq səhnədə dəstək vermək və birgə maraqları müdafiə etmək istiqamətində fəaliyyət göstərir. Prezident İlham Əliyev çıxışında Fransanın 1966-1996-cı illər ərzində Fransa Polineziyası apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşdiyini vurğulayıb. “Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”. Qeyd etməliyik ki, ekosistemə vurulan ziyan müxtəlif yollarla təbiətin tarazlığını poza bilər və bu da həm təbiətə, həm də insanlar üçün ciddi fəsadlara səbəb ola bilər. Ekosistemdəki dəyişikliklər həm canlı varlıqlar, həm canlı olmayan varlıqların qarşılıqlı əlaqəsinin pozulmasına səbəb olur. Ekosistemlərdə baş verən dəyişikliklər təbiətin özünütəmizləmə və tarazlıq yaratma qabiliyyətini azaldır və ətraf mühitin qlobal olaraq dəyişməsinə gətirib çıxarır. Bu səbəbdən ekosistemlərin qorunması, insan fəaliyyətlərinin təbiətə verdiyi ziyanın azaldılması həyati əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10

