Demokratik inkişafı təmin edən hüquqi sənəd
18.11.2024 [17:52]
Sahib Şükürov,
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
29 il öncə, 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Xalqımızın ümummmilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya müstəqil dövlət quruculuğu prosesini nizama salan, demokratik inkişafı təmin edən hüquqi sənəddir. Ulu öndərin Azərbaycan xalqı qarışısında xidmətləri misilsizdir. Bu xidmətlərdən ən önəmlisi də məhz Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasıdır desək yanılmarıq.
Məlumdur ki, Azərbaycan Respublikasının bir dövlət kimi çətin və şərəfli yollardan keçmişdir. Bütün basqılara və çətinliklərə baxmayaraq xalqımız öz dövlətini qurmaq, müstəqilliyini qorumaq niyyətindən heç bir zaman vaz keçməmişdir. Ötən əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası elan olunarkən dövlətin qurucuları həm də xalqın siyasi-ideoloji fikirlərini ehtiva edərək, o dövr üçün mütərəqqi sayılan hüquqi prinsiplər üzərində idarəçilik forması ortaya qoymaqla yanaşı, eləcə də tarixi siyasi gedişat boyunca azadlıq sevgisi ilə yaşayaraq müstəqillik arzusunu daima qəlbində saxlamışdır.
Azərbaycanın ilk konstitusiyası 1921-ci ilin mayın 19-da qəbul olundu və daha sonra 1925, 1927 və 1937-ci illərdə konstitusiyaya əlavə və dəyişikliklər edildi. Konstitusiya ilə bağlı növbəti mərhələ 1977-ci ildə SSR-nin yeni konstitusiyası qəbul edildikdən sonraya təsadüf edir. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin yeni konstitusiyasında ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddədə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması qəbul edildi.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin rəsmiləşməsi kimi tarixi hadisə şübhəsiz ki, birbaşa ulu öndər Heydər Əliyevin vətən qarşısında ən böyük tarixi xidmətlərindən idi. Sonrakı illərdə konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər edilsə də, bu qanun 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış ali hüquqi sənəd müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumibəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik, hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiyaya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, konstitusiyamızın 3/1 hissəsi məhz bu məsələlərə həsr olunmuşdur.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə ötən dövr ərzində Əsas Qanunumuzda üç dəfə dəyişikliklər edilməsi və əlavələr olunması zərurəti yaranmışdır. Bu dəyişikliklər 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mütərəqqi islahatların davamı kimi 2016- cı ilin sentyabrın 26-da edilmişdir. Konstitutsiyamıza edilən əlavə və dəyişikliklər keçirilmiş referendumlarla baş tutmuş və Əsas Qanunun təkmilləşməsinə xidmət etmişdir. Bu, ölkəmizdə demokratik, dünyəvi dövlət quruculuğu prosesində hüquqi bazanın daha da təkmilləşdirilməsinə təkan verməklə yanaşı, müasir standartlara cavab verən mükəmməl dəyişikliklər kimi müstəqillik tariximizə yazılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

