Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan Bəyanat
19.11.2024 [13:31]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi düşmənin otuzillik işğalına son qoydu və ölkəmizin şanlı Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Ermənistan ordusu noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökdü, məğlub olduğunu qəbul etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında xalqa müraciət edərək, müjdəli Zəfər xəbərini xalqa çatdırdı. Bu günün ölkəmiz üçün tarixi bir gün olduğunu vurğulayan ölkə başçısı imzalanan Bəyanatın müddəlarını bir - bir xalqa izzah edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirib.
Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi. 20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi və hər üç rayon Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ağdam, Kəlbəcər, Laçın şəhərlərinin bir güllə atmadan, şəhid vermədən işğaldan azad edilməsi əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu düşünülmüş, düzgün siyasətin məntiqi nəticəsi , eyni zamanda ölkəmizin diplomatik Zəfəri kimi tarixə yazıldı. Bununla da Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Zəfər əldə etdi. Bu zəfər həmçinin onu nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Onun sayəsində Azərbaycan öz istədiyinə nail olur.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Qarabağa heç bir status verilmədi. Ümumiyyətlə Statusdan söhbət getmədi. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin olmadığı, Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisi olduğu, Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətində olduğu öz əksini tapdı. Bəyanata əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Məcburi köçkünlər və qaçqınlar Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi Bəyanatda yer alan əsas bəndlərdən idi.
10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü öhdəlikləri əməl etməyə, öz hərbi hissələrini Azərbaycan ərazilərindən çıxarmağa tələsməyən, tez- tez təxribatlar törədən Ermənistan tərəfi vadar etdi ki, Silahlı Qüvvələrimiz bir daha öz gücünü nümayiş etdirsin. 2023- cü ilin sentyabr ayının 19-da Azərbaycan Ordusu antiterror tədbirləri həyata keçirərək, terrorcu dəstələri zərərsizləşdirdi və nəticəsində ölkəmiz özünün bütün ərazilərində suverenliyinin tam bərpa etdi.
Bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan artıq işgaldan azad edilmiş ərazilərin bərpası , qısa zamanda keçmiş məcburi koçkünlərin öz doğma ata – baba yurdlarına qayıtması üçün çalışır. Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə bu ərazilərdə sürətli bərpa quruculuq işləri həyata keçirilir. Artıq Böyük qayıdış proqramına əsasən keçmiş məcburi köçkünlərin bir qisminin öz torpaqlarına qayıdışı təmin edilib.
Beləliklə, 10 noyabr 2020- ci ildə imzalanmış bu Bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası demək idi. Ölkəmizin şanlı qələbəsini rəsmiləşdirən Bəyanat eyni zamanda döyüş meydanında qazanılmış qələbələrin siyasi müstəvidə də qazanılmasını təmin etdi.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

