Gender siyasəti uğurla davam edir
06.03.2025 [18:03]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən Azərbaycanda da 8 Mart - Beynəlxalq Qadınlar Günü yüksək səviyyədə qeyd olunur. Azərbaycan xalqının əsrlərdən bəri qoruduğu milli-mənəvi dəyərlər arasında hamı üçün müqəddəs olan qadına hörmət, anaya qayğı həmişə üstün olub.
Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin tərkib hissəsi kimi diqqətdə saxlanılır. İnsan amilinə daim diqqətlə yanaşan Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar cəmiyyətin inkişafında, sağlam ailə institutunun formalaşmasında xüsusi rolu olan qadınları daha çox sevindirmişdir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə qadın hərəkatı, gender siyasəti uğurla davam etdirilir.
Xalqımızın qəhrəmanlıq tarixində izləri qalan Sara xatun, Tomris ananın davamçıları olan, müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınmış Azərbaycan qadınları dövlətə sədaqəti və fədakarlığı ilə seçilmişdir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmişdir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycanda yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınını dünyada tanıdır, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işləri ilə böyük nüfuz qazanır.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması, mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunması Azərbaycanda qadın hüquqlarının qorunmasının və təbliğinin nümunəsidir. Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir.
Qadınlarımızın ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

