Baharın əbədi olsun, əziz Qarabağ!
17.03.2025 [15:04]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Novruz bayramı Azərbaycan xalqının milli folklor xüsusiyyətlərini, mənəvi dəyərlərini özündə əks etdirir. Məlum olduğu kimi, 2009-cu ildə YUNESKO tərəfindən Novruz bayramı qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” qəbul edilmişdir. Xalqımızın qədim və zəngin mədəniyyətini ifadə edən Novruz bayramına “Bahar bayramı”, “ Yaz bayramı” da deyilir. Novruz bayramından əvvəl dörd çərşənbə qeyd edilir: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi. Dörd çərşənbə və Novruz bayramı axşamlarında tonqallar qalanır, tonqalın üstündən tullanırlar. Milli folklora əsasən tonqaldan tullanmaqla insanlar şər qüvvələrdən, sıxıntılardan uzaqlaşırlar. “Ağırlığım – uğurluğum odda yansın” deyimi də bunu ifadə edir.
Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Bəli, artıq o gün gəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Artıq beşinci ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 mart 2021-cü ildə Şuşada Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirmişdir: «Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi».
Budur, artıq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz, artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Ölkə Prezidenti, cənab İlham Əliyevin xalqımıza Novruz təbriklərində bu mövqe bir daha aydın görünməkdədir. 18 mart 2024-cü il tarixində Xankəndində Novruz bayramı təbrikində Dövlət Başçısı demişdir: “ Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik.Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Bərpa-quruculuq işləri davamlı olaraq aparılır.Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.”
Beləliklə, Cənab Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər bir növbəti səfəri “Böyük Qayıdış” proqramının uğurla reallaşdığının nümayişinə çevrilir. Gözəl Qarabağımız yenidən qurulur. Vətən müharibəsi şəhidlərinin ruhu isə hər zaman Qarabağda dolaşacaq və Qarabağı öz baharına qovuşduran şəhidlərimiz heç zaman unudulmayacaq. Onların əziz xatirəsi hər evdə, hər ailədə əziz tutulacaq. Baharın əbədi olsun, əziz Qarabağ! Bahar bayramın mübarək olsun, doğma Azərbaycan!
Xəbər lenti
Hamısına baxAnalitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31

