“Yay məktəbi”nin Oğuz turu davam edir
18.07.2013 [11:17]
Layihənin iştirakçıları olan gənclərə “Dövlət gənclər siyasəti-gənclər üçün dövlət proqramı” mövzusunda seminar keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Gələcəyin liderləri” “Yay məktəbi”nin III Oğuz turunun dördüncü günü də maraqlı keçib. Belə ki, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə “Dövlət gənclər siyasəti - gənclər üçün dövlət proqramı” mövzusunda seminar keçirilib. “SİA”-nın xəbərinə görə, seminarda çıxış edən Bəhruz Quliyev Azərbaycanın müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə yeni gənclər siyasətinin əsasının qoyulduğunu bildirib. Onun sözlərinə görə, bu siyasət nəticəsində azərbaycanlı gənclərin xarici ölkələrə göndərilərək peşəkar kadr kimi formalaşması prosesi başlanıb: “Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərin sosial, iqtisadi, siyasi sahədə fəallığının artırılmasının, onların vətənpərvər ruhda formalaşmasının təməli qoyulub, yeni gənclər siyasəti modeli yaradılıb. Bu modelin uğurla davam etdirilməsi nəticəsində hazırlanan kadrlar bu gün dövlət orqanlarında çalışır, ölkənin inkişaf etdirilməsində böyük rol oynayırlar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bir sıra qanunlarda da gənclərin sosial təminatının yaxşılaşması barədə müddəalar öz əksini tapıb. Ölkəmizdə bir sıra gənclər təşkilatlarının yaradılması və gənclərin bu təşkilatlardan yetərincə yararlanması da dövlətin gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir”.
Daha sonra YAP Nəsimi rayon təşkilatının gəncləri tərəfindən hazırlanmış “Dövlət gənclər siyasəti” slaytının təqdimatı keçirilib. Eyni zamanda, dövlət gənclər siyasəti, bu siyasətlə əlaqədar Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və dövlət proqramları barədə geniş məlumat verilib. Həmçinin, slaytda Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatlar da əks olunub.
Daha sonra seminar iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun timsalında Vətənin müdafiəsi uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Seminar gənc siyasətçilərin diskussiyası ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

