Regional sülh və əməkdaşlıq perspektivləri
15.04.2025 [17:53]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
ADA Universitetində hər il müxtəlif ölkələrin nüfuzlu beyin mərkəzlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunan forumlar xüsusi qeyd olunmalıdır. 2025-ci il aprelin 9-da ADA Universitetində baş tutan “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident cənab İlham Əliyev dünyada baş verən aktual siyasi və iqtisadi proseslərə obyektiv və aydın yanaşma sərgiləyərək, reallıqları dolğun şəkildə ortaya qoydu. Prezidentin regionun gələcək inkişaf perspektivləri ilə bağlı irəli sürdüyü strateji yanaşmalar və qlobal təhlükəsizlik məsələlərinə dair nikbin baxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Xüsusilə də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional vəziyyət və digər mühüm məsələlərə dair söylədiyi fikirlər diqqət mərkəzində oldu. Forumda həmçinin beynəlxalq enerji layihələri və Azərbaycanın enerji siyasəti əsas müzakirə mövzularından biri idi.
Dövlət başçımız cənab İlham Əliyev çıxışında Azərbaycanın həm regional, həm də qlobal miqyasda enerji sahəsində etibarlı tərəfdaş kimi nüfuzunun getdikcə artdığını bildirdi. Azərbaycan Cənub Qaz Dəhlizinin ən məsuliyyətli iştirakçılarından biri kimi təchizat coğrafiyasını genişləndirərək Avropanın üzləşdiyi enerji çatışmazlığını aradan qaldırmaqda mühüm rol oynayır. Dövlətimiz öz enerji resurslarını məsuliyyətlə idarə edərək, partnyor ölkələrin gözləntilərinə cavab verir. Hal-hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkələridir. Bu isə qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Avropa Komissiyası da Azərbaycanı etibarlı enerji partnyoru və təchizatçısı kimi tanıyır. Azərbaycan enerji sektoruna böyük yatırımlar edir, nəqliyyat infrastrukturunu yeniləyir və yeni investisiyalar cəlb edir. Bu artım isə Avropa İttifaqı ölkələrinin enerji təminatını gücləndirməklə yanaşı, yeni təchizat və nəql ehtiyaclarının meydana çıxmasına səbəb olur. Nəticədə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi daha da aktuallaşır.
Forum çərçivəsində Prezident cənab İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Avropa İttifaqının sərmayələr məsələsində göstərdiyi passiv yanaşma ilə bağlı oldu. Azərbaycan heç vaxt enerji resurslarını siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Əksinə, tərəfdaşlarına güzəştlər edərək, sabit və münasib qiymət siyasəti yürütməklə öz etibarlılığını sübut edib. Avropada qazın qiymətinin pik həddə çatdığı dövrlərdə belə, ölkəmiz mülayim qiymət siyasətinə üstünlük verərək tərəfdaşlarına sadiqliyini göstərib. Bununla yanaşı, Azərbaycan Xəzər bölgəsindəki digər ölkələrlə birlikdə – Türkmənistan, Qazaxıstan və Özbəkistanla – Cənub Qaz Dəhlizini genişləndirməyə, daha böyük həcmlərdə qaz nəql etməyə və Mərkəzi Asiya ilə Avropa arasında etibarlı enerji körpüsü qurmağa çalışır.
Dövlət başçımız Avropa İttifaqını enerji sahəsində uzunmüddətli öhdəliklərə sadiq qalmağa çağırdı və bildirdi ki, bu istiqamətdə maliyyələşməni Aİ ölkələrinin bankları təmin etməlidir. Eyni zamanda, iqtisadi və siyasi manipulyasiyaların qəbuledilməz olduğunu vurğulayaraq, bütün tərəfləri məsuliyyətli davranmağa dəvət etdi. Bu yanaşma göstərir ki, Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda öhdəliklərinə sadiq və sabit tərəfdaşdır. Azərbaycan qarşılıqlı əməkdaşlıq və inam prinsiplərinə əsaslanaraq, beynəlxalq razılaşmalara tam əməl edir və bütün tərəfdaşlardan da eyni yanaşmanı gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

