Azərbaycan hökumətinin siyasi iradəsi
16.04.2025 [15:31]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən dövlətimizin başçısı müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupunun qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycana yeddinci dəfə ziyarət etdiklərini qeyd edib. Eyni zamanda, bütün bu səfərlərin Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət etdiyini vurğulayıb.
“Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir” - deyən ölkə başçısı onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verildiyini bildirib.
Prezident İlham Əliyev sualları cavablandırarkən Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurulduğunu, Avropa ölkələrinin bir çoxu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandığını və ya qəbul edildiyini bildirib. Bir sözlə, ölkəmiz Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamaqdadır.
“2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi”- deyən ölkə başçısı məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirdiyini qeyd edib. Dövlət başçısı əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksək səviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.
Çıxışında ölkə başçısı 2020-ci ildən bəri artıq beş il ötdüyünə baxmayaraq, ölkəmizin hələ də Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşdiyini qeyd edib. Beş il ötməsinə baxmayaraq hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqandanın davam etdiyini vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Dövlətimizin başçısı çıxışında Azərbaycan Türkiyə ilə İsrail arasındakı münasibətlərə də toxunub. İki ölkə arasındakı gərginliyin Azərbaycan üçün çox narahatlıq doğurduğunu bildirib. Türkiyə ilə İsrail arasında ilk uğurlu barışığın müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev əlavə edib ki, dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.
Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasında müharibəyə münasibət bildirərək qeyd edib ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və dəstəkləməkdə davam edəcək. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, Azərbaycan, əlbəttə, həmin vəziyyəti tam anlayır. “Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm”,-deyə ölkə başçısı əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

