Azərbaycan – Gürcüstan dostluq əlaqələri yüksək səviyyədədir
18.04.2025 [15:00]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan və Gürcüstan xalqları arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi ölkələrimiz arasında ikitərəfli strateji əlaqələrin daha da möhkəmləndirilməsinin, münasibətlərin daha da zənginləşdirilməsinin nümayişi olur. İki ölkə arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Hər iki xalqın maraqlarına uyğun olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı onu təsdiq edir ki, Azərbaycan və Gürcüstanın dostluq əlaqələri möhkəm təməl üzərində qurulub.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərinin məhz Azərbaycana etməsi bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə birgə mətbuata verdikləri bəyanatlar hər iki ölkənin ikitərəfli əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir.
Ölkə Başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Azərbaycan və Gürcüstanın əməkdaşlıq əlaqələri Qafqazın geopolitikasında ən güclü müttəfiqlik əlaqələridir. Bu ölkələrin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da inkişafı təkcə ölkələrimiz üçün deyil, region, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasına şərait yaradıb. “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”. Ölkə Prezidentimiz cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, iki qardaş ölkənin birlikdə həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili də çıxışında Azərbaycan – Gürcüstan əlaqələrinin yeni mərhələyə qədəm qoymasına toxunub: “Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək”.
Gürcüstan-Azərbaycan arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər bundan sonra da uğurla davam edəcək, qardaş ölkələr əl-ələ verərək qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəklər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

