Suverenliyin və ərazi bütövlüyün qarşılıqlı dəstəklənməsi
29.04.2025 [20:19]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlum olduğu kimi, aprel ayının 23-24-də ölkə Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında rəsmi dövlət səfərində olub. Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlıq barədə 20-dən artıq Azərbaycan-Çin sənədləri imzalanıb. Əlbəttə ki, bu sənədlərdən ən önəmlisi kimi “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı qeyd etmək lazımdır. Məhz bu sənədin imzalanması ilə ölkələrimiz arasında münasibətlər indiyədək olduğundan daha yüksək səviyyəyə qaldırılmış oldu.
Diqqətəlayiq haldır ki, Azərbaycan ilə Çin milli maraqlara aid məsələlərdə hər zaman həmrəylik və dostluq nümayiş etdirirlər. İmzalanmış Bəyanatda ikitərəfli əlaqələrin geniş gündəliyi öz əksini tapıb. Vacıb məqamlardan biri də budur ki, ölkələrimiz daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər. O cümlədən Azərbaycan Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmaqla “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini bir daha nümayiş etdirmişdir.
Birgə Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Hazırda Azərbaycan ilə Çin arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq getdikcə genişlənir. İndiyədək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Qeyd edək ki, yaşıl enerji ilə bağlı layihələr Azərbaycanın iqtisadiyyatına mühüm perspektivlər vəd etməklə böyük önəm daşıyırlar. Bu gün icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Başqa sözlə desək, beş ildən sonra Azərbaycan demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacaq və elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracaq. Elektrik enerjisi bərpaolunan enerji resurslarından əldə ediləcək və qənaət olunan təbii qaz beynəlxalq bazarlara ixrac ediləcək. Beləliklə, ölkəmizin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsətlər var. Çünki bu məsələ Azərbaycanın strategiyasına və Çinin gündəliyinə kifayət qədər uyğundur.
Əldə olunan daha bir önəmli nailiyyət kimi ölkələrimiz arasında viza rejiminin aradan qaldırılmasını göstərmək olar. Bu gün artıq hər bir pasport sahibi, hər bir sıravi vətəndaş sadəcə bilet alıb hər iki istiqamətdə səfərlər edə bilər. İlk olaraq Azərbaycan keçən il birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdi. Bu, ilk dəfə idi ki, baş verirdi. Məsələ bundadır ki, əvvəllər bu, həmişə ikitərəfli əsasda baş verirdi. Lakin bu məsələdə Çinə xüsusi münasibət göstərildi. Azərbaycan bu halda öz dostluğunu və səmimiliyini nümayiş etdirdi. Bu gün isə analoji addım artıq Çin hökuməti tərəfindən də atıldı. Əlbəttə ki, bu qərar hər iki istiqamətdə turizmin inkişafına da böyük töhfədir. Eyni zamanda da xalqlarımız bir-birilərini daha yaxından tanımaq imkanı əldə edəcəklər və bu da ölkələrarası münasibətlərin inkişafına çox müsbət təsirini göstərəcək.
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22

