/ / Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin mükafatlandırma mərasimi keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin mükafatlandırma mərasimi keçirilib
21.05.2025 [18:14]
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimini keçirib.
Mərasimdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə rəhbərləri, orta təhsil məktəblərinin direktorları, YAP Gəncə şəhər təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və tələbə-gənclər iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı hər il ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli Liderin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Bayram Aslanov xüsusi ilə qeyd edib ki, tədbirlərin yüksək əhval-ruhiyyədə keçirilməsi dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündən qaynaqlanır.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:”Müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbaycanın müstəqilliyinin daimiliyini, inkişafını və tərəqqisini təmin edib. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirib.”
Sonra Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş yer alan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışının, inşa-yazı müsabiqəsinin, şahmat və dama turnirlərinin qalibləri, I və II, III yerləri bölüşdürən komandalar, yarışların hakimləri Fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər. Bildirilib ki, bütün yarış iştirakçıları dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.
Tədbirdə, həmçinin partiyanın 70, 75 və 80 yaşı tamam olan partiya veteranlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

