Budapeştdə keçirilən Zirvə görüşü Türk dünyasının birliyini gücləndirdi
23.05.2025 [19:46]
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu yüksək səviyyəli toplantı türkdilli ölkələr arasında siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın və strateji inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Zirvə görüşü ortaq dəyərlər və gələcəyə dair birgə baxışların müzakirə olunduğu platforma kimi Türk dünyasının birliyinin və beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi. Görüşdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrə xüsusi diqqət ayırdı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz Xəzər dənizində 50-dən artıq ticarət gəmisinə malik donanması və Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan 10 yeni gəmi ilə regionda önəmli tranzit və logistika xidmətləri göstərir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində görülən işlər Azərbaycanın nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirir. Bununla yanaşı, ölkədə hazırda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 9-cu hava limanının da yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Xüsusi qeyd olunmalıdır ki, bu limanlardan 3-ü işğaldan azad edilmiş ərazilərdə yerləşir və bu fakt regionda logistik imkanların genişlənməsinə xidmət edir. Eyni zamanda, illik 1,5 milyon ton yük qəbul etmək gücündə olan yeni karqo terminalının inşası Azərbaycanın regional logistik qovşağa çevrilməsi istiqamətində atdığı mühüm addımlardandır. Zirvə görüşü çərçivəsində Prezident cənab İlham Əliyev Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbirinə də toxundu. O, bildirdi ki, cəmi 11 ay ərzində hazırlıq işləri aparılsa da, COP29 uğurla təşkil olundu. Bu mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfənin, yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi tanınmasının və ümumiyyətlə, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə imzalanan strateji tərəfdaşlıq sazişi gələcəkdə Xəzər-Qara dəniz marşrutu ilə yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasına şərait yaradacaq. Zirvə çərçivəsində qəbul olunmuş Bəyannamə Türk Dövlətləri Təşkilatının yaxın perspektivdə fəaliyyət istiqamətlərini müəyyən edən strateji sənəd kimi çıxış edir. Sənəddə təşkilatın institusional gücünün artırılması, büdcəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi və üzv dövlətlərin bir-birinin təşəbbüslərini beynəlxalq platformalarda dəstəkləməsi kimi mühüm müddəalar yer alıb. Bundan əlavə, Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlamasının vacibliyinin vurğulanması isə iqtisadi inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu fond gələcəkdə regional iqtisadi layihələrin maliyyələşdirilməsi üçün əsas platforma olacaq.
Zirvə görüşü Türk Dövlətləri Təşkilatının yalnız region daxilində deyil, qlobal miqyasda da daha təsirli və koordinasiyalı fəaliyyət göstərməsi üçün vacib təməl yaratdı. Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın türk dövlətləri arasında əməkdaşlığa verdiyi strateji əhəmiyyətin, həmçinin ölkəmizin nəqliyyat, energetika və ekoloji sahələrdəki lider mövqeyinin aydın göstəricisi oldu. Türk birliyinin möhkəmləndirilməsi, ortaq maraqlar ətrafında birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından Budapeşt Zirvəsi əlamətdar siyasi hadisə kimi yadda qaldı.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08

