Yeni əməkdaşlıq formatı
23.05.2025 [21:11]
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşı olduğunu bildirib.
Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirildiyini, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil edildiyinə şad olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bu il Azərbaycanın Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyini diqqətə çatdıraraq, tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edib.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd edib.
“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”-deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulduğunu, nəticədə, açıq dənizlərə çıxışı olmasa da ölkəmizin Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanın qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratdığını, müştərək müəssisələr qurduğunu bildirib. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Ölkə başçısı hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlərin davam etdirildiyini söyləyib.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Prezident İlham Əliyev Azərbaycanda 8 beynəlxalq hava limanının fəaliyyət göstərdiyini, sayca 9-cu hava limanının yaxın zamanlarda istifadəyə veriləcəyini, 9 beynəlxalq hava limanından 3-nün Azərbaycanın erməni işğalından azad edilmiş ərazisində olduğunu diqqətə çatdırıb. Ölkə başçısı həmçinin əlavə edib ki, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Çıxışında ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına toxunan dövlətimizin başçısı bildirib ki, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Ölkə başçısı hazırlıqlar üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduğunu söyləyib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Dövlət başçısı keçirilən mötəbər könfransda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmanın əldə olmasının və 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olunmasının əsas nailiyyət olduğunu bildirib. Cənab Prezident əlavə edib ki, COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olub.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

