Yeni Azərbaycan Partiyası regionun aparıcı partiyasıdır
22.08.2013 [12:10]
YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında toplantılar keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının “Sənayecihaz” EİM-nin ərazi ilk partiya təşkilatının toplantısı keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyub, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Məhəbbət Hümbətov açıb.
Sonra çıxış edən YAP Binqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdə ictimai həyatın bütün sahələrində həyata keçirilən quruculuq işlərindən və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurlardan danışıb. O qeyd edib ki, bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu da dünya birliyinin ölkəmizə göstərdiyi etimadın nəticəsidir. Prezident İlham Əliyevin regionlarda bir çox təhsil və səhiyyə obyektlərinin açılışına şəxsən qatılmasının dövlət başçısının ölkəyə və vətəndaşlara diqqətinin təzahürü olduğunu bildirən Ramiz Göyüşov qeyd edib ki, bütün bunları əsas götürən Yeni Azərbaycan Partiyası 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb: “Hesab edirəm ki, Prezidentin növbəti beş illik fəaliyyəti də ölkəmizin inkişafına xidmət edəcək”.
Tədbirdə çıxış edən Müdafiə Sənayesi Naziliyinin “Cihaz” İB-nin “Sənayecihaz” EİM-nin Baş direktoru Fəlah Quliyev YAP-ın Sədri, Prezident İlham Əliyevin ölkənin müdafiə qabiliyyətinin yüksəlməsi, yeni müdafiə sənayesi obyektlərinin açılması istiqamətindəki fəaliyyətindən geniş bəhs edib.
Daha sonra çıxış edən “Sənayecihaz” EİM-in konstruktoru, YAP-ın fəal üzvü Ləman Əliyeva isə partiya üzvlərini seçkidə fəal iştiraka çağırıb.
Toplantının sonunda YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Bu məqamda vurğulamaq yerinə düşər ki, YAP Binəqədi rayon Binəqədi qəsəbə Gənclər Təşkilatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan Orxan İsayev görülmüş işlər haqda hesabat xarakterli məlumat verib və iştirakçıları iclasın gündəliyi ilə tanış edib.
Sonra təşkilati məsələlərə baxılıb, idarə heyətinin tərkibi, sədr və sədr müavinləri seçilib. Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Tamerlan Qurban ərazi ilk partiya təşkilatına sədr seçilib.
Tədbirdə çıxış edən Tamerlan Qurban bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkənin, həmçinin, regionun aparıcı partiyasına çevrilib. O qeyd edib ki, hazırda ölkəmizdə 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Ölkənin ən böyük siyasi partiyası olan YAP-ın üzvlərinin sayı 600 min nəfərdən çoxdur. Ölkədə gənclər siyasətindən və gənclərə olan diqqətdən də danışan Tamerlan Qurban qeyd edib ki, bu diqqətdən Binəqədi rayonun gənclərinə də pay düşüb: “YAP Binəqədi rayon təşkilatının gənc fəalları olaraq qarşımızda duran əsas məsələlərdən biri də gənclərin partiya sıralarına cəlb edilməsi və onların ölkənin siyasi həyatında aktiv iştirakının təmin olunmasıdır”.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdə gedən ictimai proseslərdən, ölkəmizin regional və dünya siyasətindəki rolundan danışıb. O qeyd edib ki, hazırda Azərbaycan inkişaf tempinə görə postsovet məkanında bir çox ölkələri qabaqlayır və dinamik daxili və xarici siyasət həyata keçirilir. Ramiz Göyüşov, eyni zamanda, ölkədə həyata keçirilən gənclər siyasəti, xüsusilə də “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, bu proqramın gənclərin hərtərəfli inkişafına verdiyi töhfədən də danışıb. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən R.Göyüşov Binəqədi rayonunda gənclərin inkişafına göstərilən diqqəti də qeyd edib. O, hazırda bütün ölkə miqyasında aparılan quruculuq işlərinin bir hissəsinin də Binəqədi rayonu ərazisində həyata keçirildiyini bildirib. Çıxışının sonunda Ramiz Göyüşov təşkilatın üzvlərini seçkilərdə fəal olmağa səsləyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

