Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir
09.07.2025 [16:15]
Toğrul Zeynalov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəaliyyətində daim fəal iştirak etmiş və təşkilatın məqsədlərinə uyğun olaraq mühüm təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakı şəhərində keçirilmişdi ki, bu da ölkənin təşkilat daxilindəki nüfuzunun və fəallığının göstəricisidir. ECO 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaradılıb və əsas məqsədi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi, üzv ölkələr arasında ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi olmuşdur.
Sovet İttifaqının dağılmasından sonra təşkilatın əhatə dairəsi genişlənmiş, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan – eləcə də Qafqaz regionundan Azərbaycan 1992-ci ildən təşkilata üzv olmuşdur. Bu genişlənmə təkcə təşkilatın coğrafiyasını deyil, onun siyasi və iqtisadi imkanlarını da əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycan isə bu prosesdə fəal iştirak edərək, regionun strateji mövqedə yerləşən aparıcı ölkələrindən biri kimi ön plana çıxmışdır.
Azərbaycan üçün ECO yalnız iqtisadi əməkdaşlıq platforması deyil, eyni zamanda ölkənin siyasi baxışlarını, sabitlik modelini və regional təşəbbüslərini üzv ölkələrlə bölüşmək üçün mühüm bir tribuna rolunu oynayır. Bakı bu qurumu regional dialoq və inteqrasiya üçün geniş imkanlar təqdim edən vasitə kimi dəyərləndirir və bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə bir çox beynəlxalq tədbirlər, forumlar və konfranslar təşkil edilir. Ölkə nəqliyyat və enerji sahəsində irimiqyaslı layihələrə imza atmaqla təkcə öz maraqlarını deyil, bütün ECO məkanının inkişafını hədəfləyən bir siyasət yürüdür.
Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələr, Azərbaycanın təşkilat daxilində strateji rolunu daha da möhkəmləndirir. Bu infrastruktur layihələri həm də ECO məkanında inteqrasiyanın dərinləşməsinə, regionlararası əlaqələrin gücləndirilməsinə xidmət edir. Azərbaycan sərhəd keçidlərinin asanlaşdırılması, gömrük və logistika sistemlərinin təkmilləşdirilməsi, rəqəmsal ticarət və yaşıl enerji kimi sahələrdə də təşəbbüskar mövqe nümayiş etdirir.
Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. İyulun 4-də Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvə Görüşündə yuxarıda vurğulanan məsələlər ətrafında geniş bəhs olunub.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İƏT-in işində həmişə fəal iştirak etdiyi, bu təşkilata üzv ölkələrlə əlaqələrin inkişafının daim diqqət mərkəzində saxlanıldığı, keçən il tarixdə ilk dəfə olaraq qurum məkanında COP29 konfransının reallaşdırıldığı, habelə həmin toplantıda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasının razılaşdırıldığı, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirildiyi diqqətə çatdırılıb.
Nəticə etibarilə, Azərbaycanın ECO çərçivəsindəki fəallığı həm ölkənin milli maraqlarının təmin olunmasına, həm də regionda davamlı iqtisadi və siyasi əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Bu fəallıq sayəsində Azərbaycan təşkilat daxilində lider ölkələrdən birinə çevrilmiş və regional əməkdaşlığın dərinləşməsində aparıcı rol oynamışdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

