/ / Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş tədbir keçirilib
11.07.2025 [16:32]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı M.Qasımov küçəsi 1 ünvanı (Respublika “QİÇS”-lə Mübarizə Mərkəzi) üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Heydər Əliyevin Azərbaycan Respublikasının dünya dövlətləri arasında öz yerini tutması üçün yorulmaz fəaliyyətindən geniş şəkildə bəhs etdi. O, həmçinin öz çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Azər Süleymanov eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki gördüyü misilsiz xidmətlərindən və Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin ata vəsiyyətini şərəflə yerinə yetirərək, tariximizə 44 günlük Vətən müharibəsində Zəfər yazmasından, prezidentlik fəaliyyəti dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirməsindən çox böyük həvəslə danışdı. Azər Süleymanov onu da bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması, möhkəmlənməsi, tarixi mədəni irsin qorunması, təhsilin, səhiyyənin inkişafı, əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli kimi olduqca vacib məsələlərin həllində böyük töhfələr vermişdir.
Daha sonra çıxış edən Respublika “QİÇS”-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və mərkəzin digər əməkdaşları Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını öz əhatəsində birləşdirməsindən, sözün əsl mənasında, ümumxalq partiyası olmasından bəhs etdilər. Bununla yanaşı, dövlət rəhbərliyinin səhiyyə təşkilatlarına göstərdiyi xüsusi diqqət və qayğısından da əhatəli şəkildə bəhs edərək, öz dərin təşəkkürlərini ifadə etdilər.
Tədbirdə bir neçə əməkdaşa Partiya biletləri təqdim olundu. Partiya biletlərini Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov təqdim etdi.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndi və tədbir qapalı elan edildi.
Xəbər lenti
Hamısına baxHadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17

