“Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə”
11.07.2025 [17:12]
İyulun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Səbail rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. O bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda böyük inkişaf yolu başlayıb. Təşkilat sədri qeyd edib ki, bu, Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, 1969-cu ilin iyul ayında Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin etdi. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə keçmiş ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerlərdə qərarlaşdı, kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, 1971-ci ildə Ulu Öndərimizin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu: “Bununla yanaşı, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikalar arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı. Görülən işlər, əslində, müstəqilliyimiz üçün zəmin yaradırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, gerçək müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazanıldı. Çünki Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək müstəqilliyimizin dönməzliyini təmin etdi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan hazırda dünyada böyük nüfuza malikdir”.
“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev çıxışında bildirib ki, Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, hər bir xalqın tarixində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətləri var: “Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir”.
S.İmamverdiyev qeyd edib ki, Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və dünyada qüdrətli dövlətə çevrilib. “Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları daim gənclərə aşılanmalıdır”, - deyən S.İmamverdiyev gəncləri Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənməyə çağırıb.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr etdiyini bildirib. Onun sözlərinə görə, 1969-cu ildə Ulu Öndərin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi respublikamızın tarixində dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə də müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
YAP Veteranlar Şurasının üzvü söyləyib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır: “Heç vaxt unutmamalıyıq ki, bu nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu gün Azərbaycan müstəqil, güclü dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Hazırda Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. İnanırıq ki, qalib Azərbaycan bundan sonra da böyük nailiyyətlər qazanacaq”.
Tədbirdə YAP Veterenlar Şurasının üzvü Tahir Məmmədov və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məşədihəsənli də çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün fədakar fəaliyyətinin önəmindən ətraflı bəhs ediblər.
Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.
YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqəsi təqdim olunub, partiyanın Səbail rayon təşkilatının bir qrup fəalı Fəxri fərmanla təltif ediliblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

