İlham Əliyevə səs vermək xoşbəxt, firəvan gələcəyə səs verməkdir
18.09.2013 [10:41]
Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunda seçicilərlə görüşlər keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı partiyamızın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Kür qəsəbəsində seçicilərlə görüş keçirib.
Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq deyib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Təxminən 20 gün sonra Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də, hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır. F.Vəliyev əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən şəmkirlilər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcək.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır.
YAP İcra katibinin müavini əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilibdir. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə sənayenin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmə gəlir. Cənab Prezident bəyan edib ki, Azərbaycan artıq regionun siyasi, iqtisadi lideridir. İndi əsas məqsəd Azərbaycanı elm mərkəzinə çevirməkdir: “Bax budur Azərbaycanın reallıqları. Azərbaycan artıq özünü bütün məsələlərdə tam təmin etmək gücündədir. Azərbaycanın atdığı addımlar bütün regionun taleyini həll edir. Azərbaycan dünyada güclü dayaqlara malikdir”.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı sonda bir daha əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı öz seçiminə sadiq qalaraq növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Bu seçim Azərbaycan xalqının xoşbəxt, firəvan gələcəyinə xidmət edir.
Sonra çıxış edən tibb elmlər doktoru, professor, Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri Vaqif Şadlıniski isə ölkəmizdə elm və təhsil sahəsində görülən uğurlu işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə güclü elmi potensial yaranır, təhsil sahəsində effektiv islahatlar həyata keçirilir.
Daha sonra çıxış edən qəsəbə sakinləri əmin ediblər ki, həmişə Ulu öndər Heydər Əliyev siyasətinə sadiq olan bütün şəmkirlilər qarşıdakı seçkilərdə də bu kursun layiqli davamçısı, dünyaşöhrətli siyasətçi, güclü dövlət xadimi İlham Əliyevə səs verəcəklər.
Qeyd edək ki, dünən rayonun Qapanlı və Mahmudlu kəndlərində də seçicilərlə görüşlər keçirilib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

