Ağdamlıların birmənalı seçimi Prezident İlham Əliyevdir
19.09.2013 [10:13]
Ağdam rayonunun Çəmənli və Xındırıstan kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki təbliğatı çərçivəsində dünən Ağdam rayonunun Çəmənli və Xındırıstan kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq qeyd edib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Azərbaycan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin, yerləşdiyi regionun lider dövləti kimi tanınır. Bütün bunları təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətidir. Ona görə də bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Ağdam ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
Daha sonra çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov ölkəmizin ötən 10 ildə keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıb. Millət vəkili qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi sürətləndirilmiş iqtisadi inkişaf strategiyasının nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir: “Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelinin müəllifidir. Azərbaycanın iqtisadi inkişafı hər bir sahənin tərəqqisində ifadə olunub. Cənab Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətimizin gücünü artırmaqla yanaşı, hər bir vətəndaşın həyat şəraitini daha da yaxşılaşdırıb. Ona görə də tərəddüdsüz qeyd edə bilərəm ki, bu gün seçicilərin əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyir. Ağdam ictimaiyyətinin də birmənalı seçimi cənab İlham Əliyevdir”.
Tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Əliyev isə qeyd edib ki, Azərbaycanın ötən 10 ildə keçdiyi inkişaf yoluna bələd olmaq üçün regionların dəyişən simasına və vətəndaşların sosial rifah halına baxmaq kifayət edir. “Əminliklə söyləmək olar ki, Yeni Azərbayca Partiyasının namizədi, dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını qoyub. Bu model bir sıra inkişaf etmiş dövlətlər üçün də nümunə ola bilər, çünki öz sabitliyi və dinamikliyi ilə fərqlənir. Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, bütövlükdə, inkişafa xidmət edən əməli tədbirlərin görülməsi məhz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Ona görə də biz bu seçkilərdə də cənab İlham Əliyevə səs verməli, Azərbaycanın parlaq gələcəyini müəyyən etməliyik” - deyə, B.Əliyev vurğulayıb.
Sonra Seçki Qərargahının üzvləri Şamil Əbilov və Elmira Şükürova çıxış edərək seçiciləri 9 oktyabr tarixində keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
NURLAN
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45

