/ / YAP Abşeron rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilib
YAP Abşeron rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilib
21.09.2013 [10:08]
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən mitinq-görüşlər yüksək əhval-ruhiyyə ilə davam etməkdədir. Ölkənin hər yerində olduğu kimi, Abşeron rayonunun kənd və qəsəbələrində də böyük axınla müşahidə olunan mitinq-görüşlər keçirilir. Növbəti görüşlərdən biri də məhz Qobu qəsəbəsində baş tutub.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Qobu qəsəbə sakinləri ilə keçirilən görüşün əhəmiyyətindən danışıb və seçiciləri 9 oktyabr seçkisində aktiv iştirak etməyə çağırıb: “Bəzən qaragüruh müxalifət qəzetlərində yazılırdı ki, builki seçkilər sönük keçəcək. Amma göründüyü kimi, insanların görüşlərə yüksək əhval-ruhiyyə ilə gəlməsi, prezidentliyə namizəd İlham Əliyevi dəstəkləməsi bir daha sübut etdi ki, xalq cənab İlham Əliyevlədir. Şəxsi maraqları naminə milli maraqları qurban verən dağıdıcı qruplar isə öz məğlubiyyətlərini gizlətməyə çalışırlar. Bu gün ölkənin bütün regionlarında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər keçirilir. Bu mitinq-görüşlərin keçirilməsində əsas məqsəd insanların seçkilərdə aktivliyini daha da artırmaqdır”.
Daha sonra çıxış edən millət vəkili Eldar İbrahimov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir: “Bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu neft strategiyası həyata keçirilir. Azərbaycan iqtisadi inkişafını sürətləndirərək dünya birinciləri sırasına daxil olub. Biz Prezident İlham Əliyevə səs verməklə yaxın beş ildə öz gələcəyimizin təminatına səs vermiş olacağıq. Hər bir vətəndaş ölkədə gedən inkişaf prosesinin şahididir. Bir sözlə, Prezident İlham Əliyev hərtərəfli siyasət yürüdərək Azərbaycanı uğurlu zirvələrə daşıyır və bundan sonra da daşıyacaq”.
Sonra çıxış edən millət vəkili İmamverdi İsmayılov qeyd edib ki, digər regionlarda olduğu kimi, Qobu qəsəbəsinin sakinləri də abadlıq, sabitlik şəraitində yaşamaq istəyir: “Bu inkişaf Prezident İlham Əliyevin adı ilə bağlıdır. Salınan körpülər, çəkilən yollar, inşa olunan yeni-yeni sosial obyektlər, yaradılan müəssisələr məhz sizlər üçündür, xalqımızın gələcəyi üçündür. Ona görə də, sizi 9 oktyabrda keçiriləcək prezident seçkilərində aktiv iştirak etməyə və Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Tədbirdə çıxış edən Qobu sakinləri Oqtay Gülməmmədli, Bibixanım İmaməliyeva, Ədalət Ağayev Prezident İlham Əliyevin ölkə başçısı kimi fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi işlərdən danışıblar. Qeyd olunub ki, reallaşdırılan məqsədyönlü planlar və layihələr əsasında Azərbaycan günü-gündən abadlaşır və gözəlləşir. Aparılan abadlıq, quruculuq işləri Azərbaycan xalqına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin qısa müddət ərzində həyata keçirdiyi siyasət Azərbaycanın dünya ölkələri sırasında önəmli yer tutmasına səbəb olub. Bununla yanaşı, dövlət başçısının xalqa olan diqqətini onun şəhər, rayon, kənd sakinləri olan ziyalılara fəxri adların verilməsi haqqında Sərəncamı da sübut edir. Son zamanlar sosial sahədə müşahidə edilən sürətli inkişaf, insanların maaşlarının artırılması, yeni obyektlərin açılması və istifadəyə verilməsi ilə nəticələnib.
Sonda qəsəbə sakinləri bu gün Ümummilli liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

