/ / Aparılan uğurlu gender siyasəti nəticəsində Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəallıq göstərir
Aparılan uğurlu gender siyasəti nəticəsində Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəallıq göstərir
22.09.2013 [11:00]
YAP Binəqədi rayon təşkilatı 9 oktyabr - “Mən övladımın etibarlı gələcəyinə səs verirəm” mövzusunda tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən kampaniya çərçivəsində qadın seçicilərlə görüş keçirilib.
9 oktyabr - “Mən övladımın etibarlı gələcəyinə səs verirəm” mövzusunda keçirilən tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu görüşün əhəmiyyətli olduğunu bildirib. O, YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ən müxtəlif görüşlərin keçirildiyini deyib. Ramiz Göyüşov bu tədbirin də məhz zərif cinsin nümayəndələri ilə keçirildiyini və Binəqədi rayonunda çalışan qadınların rayonun ictimai-siyasi həyatında mühüm rol oynadıqlarını qeyd edib. Sonra o, hər kəsi qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə “Təhsil sahəsində qazanılan uğurlar, gələcək perspektivlər” mövzusunda çıxış edən Binəqədi rayonu 248 saylı məktəbin müəlliməsi Gülarə Hüseynova təhsil sahəsində qazanılmış uğurlar barədə danışıb. O, ölkəmizdə təhsilə böyük diqqətin göstərildiyini bildirib. Gülarə Hüseynova Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə 5 yeni ali məktəbin açıldığını, həmin dövrdə azərbaycanlı tələbələrin keçmiş ittifaqın ən nüfuzlu universitetlərinə göndərildiyini vurğulayıb. Natiq bu siyasətin hazırda cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, təhsilə dövlət qayğısı göstərildiyini, neft kapitalının insan kapitalına çevrilməsi üçün kompleks işlərin görüldüyünü bildirib. O qeyd edib ki, təhsilin inkişafında Heydər Əliyev Fondu və bu fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var.
Sonra tədbirdə çıxış edən millət vəkili Sevinc Hüseynova bildirib ki, bu görüş üçün 9 oktyabr - “Mən övladımın etibarlı gələcəyinə səs verirəm” şüarı doğurdan da düzgün olaraq seçilib: “Bu gün Azərbaycanda aparılan gənclər, həmçinin, qadın siyasəti öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan cəmiyyətinin yarısını zərif cinsin nümayəndələri, üçdə bir hissəsini isə gənclər təşkil edir. Azərbaycan gəncliyi dövlətin diqqətini daima hiss edir”.
Ölkədə son 10 ildə əhəmiyyətli işlərin görüldüyünü qeyd edən Sevinc Hüseynova Azərbaycanın günü-gündən inkişaf etdiyini bildirib və tədbir iştirakçılarını cənab İlham Əliyev tərəfindən aparılan düzgün, məqsədyönlü siyasətə dəstək verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın regionda lider dövlətə çevrildiyini, Prezident İlham Əliyevin regionun lideri olduğunu bildirib: “Cənab İlham Əliyev tərəfindən cəmiyyətin bütün sahələrinin inkişafı üçün işlər görülür, müxtəlif Dövlət proqramları qəbul edilərək uğurla icra olunur və bu gün aparılan qadın siyasəti, gənclər siyasəti haqda sonsuz danışmaq olar”.
Ölkənin İlham Əliyev tərəfindən inamla idarə edildiyini qeyd edən millət vəkili hər kəsi seçkilərdə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə səsləyib.
Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva deyib ki, cənab İlham Əliyev Azərbaycanı qabaqcıl 50 dövlətdən biri edib, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən birinə çevirib. Ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsini dəfələrlə azaldıb. Zərifə Quliyeva qeyd edib ki, bu gün hər bir ailə əgər özünün və övladının uğurlu, etibarlı gələcəyini istəyirsə o İlham Əliyevə səs verməlidir.
“Ölkəmizdə aparılan gender siyasəti” mövzusunda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə stabillik bərqərar oldu. Ölkəmiz BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqda Konvensiyaya qoşuldu. Sevindirici haldır ki, möhkəm özüllər üzərində qurulan gender siyasəti ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün aparılan uğurlu gender siyasəti nəticəsində Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəallıq göstərir.
Tədbirdə çıxış edən digər natiqlər də 9 oktyabrda hər kəsi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

