Müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir
24.09.2013 [10:36]
Bərdə seçiciləri 9 oktyabrda bu inkişafın davamına səs verəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri dünən növbəti görüşlərini rayonun Soğanverdilər və Otuzikilər kəndlərində keçiriblər.
Seçicilər qarşısında çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ötən 10 il ərzində əldə edilən uğurlardan danışıb. Rayon təşkilatının sədri deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır: “Bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz bərdəlilər də öz həyatımızda hiss edirik. Buna görə də, oktyabrın 9-da bu inkişafın davamına səs verəcəyik”.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqalar Şurasının sədri Arif Əliyev deyib ki, son 10 il ərzində Azərbaycanın inkişafını təmin etmək üçün bütün sahələr üzrə proqramlar qəbul olunub. Onun sözlərinə görə, bu proqramlar hər bir azərbaycanlının həyat tərzinin yaxşılaşdırılmasına, sosial vəziyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, ümumdaxili məhsul durmadan artır, iqtisadi inkişaf sürətlənir, dövlətimizin mövqeyi möhkəmlənir. Eyni zamanda, Azərbaycan xalqının öz Prezidentinə dəstəyi qazanılan uğurları stimullaşdırır: “Əminəm ki, bu dəstək davam edəcək və oktyabrın 9-da hər birimiz yenidən İlham Əliyevə səs verəcək, uğurların davamını təmin edəcəyik”.
Çıxış edən rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini və əldə edilən uğurlardan Bərdə rayonuna da pay düşdüyünü deyib. Onun sözlərinə görə, bu gün Bərdə rayonunda bütün tələblərə cavab verən təhsil, səhiyyə, mədəni məişət obyektləri tikilərək istifadəyə verilir. Bu səbəbdən də, Bərdə rayonunun seçiciləri cənab İlham Əliyevi dəstəkləyirlər və oktyabrın 9-da Ona səs verəcəklər.
Çıxışına “Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən bildirmişdi ki, “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. Həqiqətən də, dövlət başçısı ötən 10 il ərzində gördüyü işlərlə özünü əsl lider, rəhbər kimi sübut etmiş oldu”, sözləri ilə başlayan Əməkdar müəllim Rzaqulu Şərifov öncə onu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətlərində öz əksini tapmasıdır. Bu nailiyyətlərin hər bir Azərbaycan vətəndaşında qürur hiss doğurduğunu deyən Rzaqulu Şərifov əlavə edib ki, Azərbaycan xalqı, o cümlədən, bərdəlilər bu seçkilərdə də ölkəmizi daima uğurlara aparan liderə-İlham Əliyevə səs verəcəklər.
Görüşlərdə çıxış edən kənd sakinləri oktyabrın 9-da seçki məntəqələrinə gedərək, ölkəmiz üçün vacib olan bu siyasi proesesdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

