/ / Qarabağda aparılan antiterror tədbirləri qətiyyətli siyasətin, diplomatik mövqeyin və hərbi gücün göstəricisidir
Qarabağda aparılan antiterror tədbirləri qətiyyətli siyasətin, diplomatik mövqeyin və hərbi gücün göstəricisidir
17.09.2025 [17:30]
Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ölkəmizin son illərdə apardığı qətiyyətli siyasətin, diplomatik mövqeyinin və hərbi gücünün bariz göstəricisidir. Bu tədbirlər təsadüfi deyil, illərlə davam edən erməni təxribatlarının, üçtərəfli bəyanatın pozulmasının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi idi. Son aylarda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, ərazilərimizin sistemli şəkildə minalanması, yeni səngər və istehkamların qurulması bölgədə gərginliyin süni şəkildə artırıldığını göstərirdi. Ermənistanın bu addımları açıq şəkildə üçtərəfli bəyanatın ruhuna və mətninə zidd idi. Bu, həm də İrəvanın sülh prosesini pozmaq niyyətini ifşa edirdi.
Sentyabrın 19-da baş verən mina partlayışları Azərbaycan vətəndaşlarının və hərbçilərinin həyatına son qoydu. Bu fakt göstərdi ki, Ermənistan yalnız hərbi deyil, həm də terrorçu metodlardan istifadə edir. Dövlətimizin adekvat addımları isə həm hərbi, həm də siyasi zərurət idi. 2020-ci il 10 noyabr bəyanatına görə erməni silahlı birləşmələri Qarabağı tərk etməli idi. Lakin onların bölgədə qalması regional təhlükəsizliyə real təhdid yaradırdı. Azərbaycan bu reallığı dünyaya çatdıraraq göstərdi ki, bölgədə uzunmüddətli sülh yalnız qanunsuz hərbi qüvvələrin çıxarılması ilə mümkündür. Antiterror əməliyyatlarının məqsədi sadəcə hərbi obyektlərin zərərsizləşdirilməsi deyildi. Burada əsas məram işğaldan azad olunmuş torpaqlarda yaşayan əhalinin təhlükəsizliyini təmin etmək, bərpa-quruculuq işlərinə zəmanət vermək və dövlətin konstitusion quruluşunu bərpa etmək idi. Azərbaycanın addımı beynəlxalq hüquq normalarına tam uyğun idi. Əməliyyat zamanı Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlardan istifadə edərək yalnız legitim hərbi hədəfləri məhv etdi. Mülki infrastruktur və yaşayış məntəqələri toxunulmaz qaldı. Bu, Ordumuzun həm peşəkarlığını, həm də humanist yanaşmasını bir daha sübut etdi. Azərbaycan həm də mülki əhalini SMS bildirişləri, səsgücləndiricilər və vərəqələrlə xəbərdar etdi, humanitar dəhlizlər yaratdı. Əməliyyat barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı. Bu fakt Azərbaycanın şəffaf siyasətini və regional tərəfdaşlığa sadiqliyini göstərdi. Antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən 23 siyasi partiyanın birgə bəyanatla cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi milli həmrəyliyin parlaq nümunəsi oldu. Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan güclü mesaj idi – Azərbaycan vahid xalq və dövlət kimi hərəkət edir. Milli maraqlara qarşı çıxan bəzi partiyaların imtina mövqeyi onların siyasi mahiyyətini bir daha göstərdi. Əksinə, Qərbi Azərbaycan İcması fəal çıxış edərək Ermənistanın təxribatlarını pislədi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Bu da Azərbaycanın haqlı mövqeyinə əlavə dəstək oldu. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinlərini reinteqrasiya məsələlərini müzakirə etməyə dəvət edib. Lakin bu çağırışlar cavabsız qalıb. Dövlətimizin mövqeyi dəyişməzdir: silahların təhvil verilməsi, qanunsuz rejimin buraxılması və Azərbaycanın konstitusion quruluşuna hörmət. Əks halda, antiterror tədbirləri sona qədər davam etdiriləcək.
Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın hərbi gücünü, siyasi iradəsini və diplomatik qətiyyətini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan güclü dövlət kimi yalnız öz maraqlarını deyil, həm də bölgədə sülhün təmin olunmasını hədəfləyir.” Bu əməliyyat təkcə hərbi qələbə deyil, həm də regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılmış tarixi addım oldu.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42

