/ / Nizami rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və 20 sentyabr - "Neftçilər Günü" ilə əlaqədar tədbir keçirilib
Nizami rayonunda “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və 20 sentyabr - "Neftçilər Günü" ilə əlaqədar tədbir keçirilib
18.09.2025 [16:17]
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, “SOCAR Downstream Management” MMC-nin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümü və 20 sentyabr - "Neftçilər Günü" ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “SOCAR Downstream Management” MMC-nin baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Zavodun Həmkarlar İttifaqının sədri İlham Quliyev və başqaları çıxış ediblər. Natiqlər 20 sentyabr - "Neftçilər Günü" ilə əlaqədar tədbir iştirakçılarının timsalında bütün neftçiləri təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında köklü dəyişikliklərin başlanğıcını qoyub. Azərbaycanı labüd fəlakətdən xilas edən Ümummilli Lider ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başlayıb. Azərbaycan iqtisadiyyatının özəyini təşkil edən neft sənayesinin inkişafı üçün yeni strategiyanın hazırlanması və bu məqsədlə dünyanın aparıcı neft şirkətləri ilə əlaqələrin qurulması həmin dövrün taleyüklü məsələlərindən ən əsası idi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bu gün xalqımız həmin şanlı tarixin - “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ildönümünü qeyd edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş ölkəmizdə neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir.
“Əsrin müqaviləsi” müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətimizin iqtisadi-siyasi və hərbi gücünün artırılmasında, iqtisadiyyatın çoxşaxəli inkişafında, vətəndaşların sosial-rifah halının durmadan yaxşılaşdırılmasında müstəsna əhəmiyyət daşıyır.
Xüsusilə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə çox uğurla davam etdirilir. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın müasir enerji mərkəzlərindən birinə çevrilib, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir.
Çıxışlardan sonra neft sənayesində uzunmüddətli səmərəli əmək fəaliyyətində fərqlənən bir qrup şəxsə Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının fəxri fərmanları və mükafatları verilib, eləcə də bu il yubiley yaşında olan Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının neftçi veteran üzvləri fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

